Xəbər lenti
“Putinin aşpazı” öldü – Şok iddia
10 oktyabrda Konqo Demokratik Respublikasındakı qəzaya düşən An-72 təyyarəsinin göyərtəsində “Putinin aşpazı” ləqəbi ilə tanınan Yevgeni Priqojin ola bilər.
Manevr.az xəbər verir ki, bu məlumatı “Readovka” saytı öz mənbələrinə istinadən yayıb. Sayt Priqojinin təyyarə qəzasından sonra itkin düşdüyünü bildirib.
“Znak.com” saytı Priqojinin rəsmi nümayəndələrinin hələlik heç bir məlumat vermədiklərini bildiriblər. Rusiya Xarici İşlər Nazirliyi isə məlumatı təsdiqləyib. Bununla belə sayt Priqojinə yaxın şəxslərin biznesmendən bir neçə gündür heç bir məlumat almadıqlarını, amma yayılan xəbərlərə inanmaq istəmədiklərini deyib.
Qeyd edək ki, An-72 Konqo Prezidenti Feliks Çisedekinin avtomobilini daşıyıb.
Rusiyanın bu ölkədəki səfirliyi rəsmi Feysbuk səhifəsində Konqonun Qomo şəhərindən paytaxt Kinşasaya uçan zaman qəzaya uğrayan An-72 təyyarəsində olan 8 nəfərdən ikisinin - Vladimir Sadovniçi və Vitali Şumkovun Rusiya vətəndaşı olduğunu açıqlayıb.
Priqojin “Vaqner” özəl hərbi şirkətinin rəhbəri kimi tanınır. O, Suriya, Donbas, Afrika respublikaları üçün muzdlu rus hərbçilərinin təminatını həyata keçirib. Bəzi mənbələr məhz onun şirkətinin əslən azərbaycanlı olan jurnalist Orxan Camalı öldürdüyünü iddia edirlər./axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar