Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Alman nazirinin hicab geyməməsi Səudiyyə Ərəbistanında narazılığa səbəb olub

Tarix: 14-12-2016 13:54     Baxış: 3426 A- / A+
Alman nazirinin hicab geyməməsi Səudiyyə Ərəbistanında narazılığa səbəb olub

Almaniyanın müdafiə naziri Ursula fon der Lyayenin Səudiyyə Ərəbistanına səfəri zamanı hicab və əba geyməkdən imtina etməsi bu ölkədə narazılıqla qarşılanıb.

Səudiyyə Ərəbistanında almaniyalı nazirin bu yolla ənənələrə hörmətsizlik etdiyi vurğulanır. "Al Bawaba"nın məlumatına görə, bir sıra səudiyyəlilər sosial şəbəkələrdə bu addımı pisləyiblər.

Ursula fon der Lyayen isə Səudiyyə Ərəbistanının adət və ənənələrinə hörmət etdiyini, ancaq nə geyinəcəyinə qərar verməyin həm kişilərin, həm də qadınların ümumi hüququ olduğuna görə, nümayəndə heyətindəki heç bir qadına zorla hicab və ya əba geyindirməyəcəyini bildirib.

Qeyd edək ki, Ursula fon der Lyayen Səudiyyə Ərəbistanına gələrkən yerli adət-ənənə və qaydalara uyğun olaraq başını bağlamaqdan imtina edən ilk qadın deyil. Daha əvvəl ABŞ-ın birinci xanımı Mişel Obama da bu ölkəyə səfəri zamanı ictimaiyyət arasına başı açıq çıxaraq bənzər narazılıq yaratmışdı."Report"

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar