Xəbər lenti
Yapon alimlərdən inanılmaz ixtira

Tokio Universitetinin alimləri ürək-damar xəstəliklərinin effektiv monitorinqini aparmağa imkan verəcək ultranazik dəri ekran icad ediblər.
Manevr.az xəbər verir ki, ürək-damar xəstəlikləri bütün dünyada ölüm hallarının başlıca səbəbi olaraq qalır.
Bildirilir ki, dəri displey insana öz sağlamlığı haqqında operativ məlumat əldə etməyə imkan verir. Çox kiçik işıq diodlarından ibarət matrisa nəbz və digər göstəriciləri göstərə bilir. Bir millimetr qalınlığında qurğu istifadəçi üçün narahatlıq yaratmır. Bundan əlavə, ələ yapışdırılan ekran ovucu sıxmağa və açmağa mane olmur və hərəkət zamanı işləməkdə davam edir.
Yaponiya alimlərinin fikrincə, texnologiyanın kütləvi istehsalına başlamaq üçün çoxlu vəsait tələb olunmayacaq, qurğudan istifadə isə insanların gündəlik həyatını daha da yaxşılaşdırmağa imkan verəcək./teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar