Xəbər lenti
İstiqlal Marşını oxuyub 1 milyon qazandı - Video

Türkiyənin ATV telekanalında yayımlanan “Kim Milyoner Olmak İster?” proqramında 19 yaşlı Arda Ayten adlı iştirakçı 1 milyon türk lirəsini qazanmağa müvəffəq olub.
Burada diqqət çəkən məqam isə Ardaya ünvanlanan sonuncu sual olub. Ondan Türkiyənin İstiqlal Marşında (dövlət himni) təklif olunan dörd cavabdakı sözlərdən (“Vətən”, “qan”, “torpaq”, “yurd”) hansının digərlərindən daha az istifadə olunduğu soruşulub.
Bu suala doğru cavab vermək üçün 19 yaşlı iştirakçı İstiqlal Marşını əzbərdən söyləyib və doğru cavabı tapıb. 1 milyon türk lirəsini qazanan gənc sevinc göz yaşlarına boğulub.
Qeyd edək ki, İstiqlal Marşının sözləri Məhməd Akif Ərsoya, musiqisi isə Osman Zəki Üngörə məxsusdur.qafqazinfo.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar