Xəbər lenti
Adnan Oktarın aylıq qazancı hər kəsi şoka saldı - Lüks villa və yaxtaların mənbəyini açıqladı
Türkiyədə özünü din xadimi kimi tanıdaraq mütəşəkkil cinayətkar dəstəyə başçılıq edən Adnan Oktar məhkəməyə aylıq gəlirinin miqdarını açıqlayıb.
Manevr.az xəbər verir ki, o, peşəsinin yazıçılıq olduğunu və bu peşədən ayda 3 min TL qazandığını deyib.
Oktar bildirib ki, mülk toplamaq İslam dinində haramdır. Peyğəmbər də bütün malını kasıblar üçün xərcləyib. Müsəlmanlıqda zənginlik yoxdur: "Mən 65 yaşımdayam. Malım-mülküm, pulum, heç nəyim yoxdur. Bir qəpik də yığııb saxlamamışam".
Oktar sahibi olduğu lüks yaxtalar, villalar və A9 telekanalının ona aid olmadığını, onları varislik yolu ilə əldə etdiyini bildirib.
Haqqında casusluq, terror təşkilatına yardım etmək, öldürməyə təşəbbüs, cinsi istismar, pedofillik, şantaj kimi 22 ittiham qaldırılan Oktara 420 ildən 871 ilə qədər cəza tələb edilir. (publika.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar