Xəbər lenti
Azərbaycan əsgərini vuran erməni hərbçilər mükafatlandırıldı
İşğalçı Ermənistan danışıqları pozmağa yönəlik daha bir addım atıb.
Belə ki, 22 sentyabr, saat 16.15 radələrində təmas xəttini azaraq neytral əraziyə keçən Azərbaycan əsgərini öldürən erməni hərbçilər mükafatlandırılıb.
Manevr.az-ın musavat.coma istinadən məlumatına görə bu barədə erməni mediası xəbər verir. Məlumata görə, 1 oktyabrda bununla bağlı Qarabağdakı qondarma qurumun “prezidenti” Bako Saakyan “fərman imzalayıb”.
Azərbaycan əsgərinə atəş açan Paruyr Amirxanyan və Rafik Ordonyan təltif edilib.
Qeyd edək ki, hətta Ermənistanın müdafiə naziri David Tonoyan özü də Azərbaycan əsgərinin azaraq neytral zonaya keçdiyini dolayısı ilə etiraf etmişdi. Lakin insanlıqdan kənar davranışları ilə bəşəriyyətə pis nümunə olan düşmən ölkənin işğalçı əsgərləri bu dəfə də öz ənənələrinə sadiq qaldılar. Üstəlik, düşmən şərəfsizcəsinə bu qətlə imza atan əsgərlərinə mükafat verdi. Qaldı Azərbaycan əsgərlərinin erməni hərbçilərini “mükafatlandırması”, inşallah tezliklə əsgərimizin qisası alınar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar