Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

"İşğal altındakı ərazilər nə vaxt azad olunacaq?" - Putin ŞOK SUALA görün nə cavab verdi (VİDEO)

Tarix: 01-10-2019 19:03     Baxış: 4554 A- / A+
"İşğal altındakı ərazilər nə vaxt azad olunacaq?" - Putin ŞOK SUALA görün nə cavab verdi (VİDEO)

Ermənistanın paytaxtı İrəvanda Avrasiya İqtisadi Birliyi ölkələrinin sammiti başlayıb.

Manevr.az xəbər verir ki, sammitdə Ali Avrasiya İqtisadi Şurası rəhbərləri birliyin ortaq maliyyə bazarının formalaşdırılması konsepsiyasını, 2020-ci il üçün AAİŞ büdcəsini, nəqliyyat və enerji sahəsində qanunvericiliyin uyğunlaşdırılması ilə bağlı bir sıra qərarları təsdiqləyəcəklər.

Ermənistan prezidentinin Dövlət İqamətgahında keçirilən iclasdan əvvəl Rusiya, Belarusiya, Qazaxıstan və Qırğızıstan prezidentləri birgə şəkil çəkdirib və kiçik formatda keçiriləcək ilk iclasa gedib. İclaslar mətbuata qapalı şəkildə baş tutub.

Rusiya lideri Vladimir Putin həmkarları ilə birlikdə zirvənin keçiriləcəyi binaya yola düşərkən bir qrup jurnalistin yanından keçib. Jurnalistlər Putinə tarixi Gürcüstan torpaqları ilə bağlı "Rusiya nə zaman Abxaziya və Cənubi Osetiya ərazilərindən qoşunlarını çıxarmağa başlayacaq" sualını veriblər. Vladimir Putin cavabında “Biz qərar verəndə” deyib. Jurnalist Rusiyanın daha əvvəl bu öhdəliyi üzərinə götürdüyünü xatırladıb. Putin bu sözlərə "biz həmişə öhdəliklərimizi yerinə yetiririk” ifadələri ilə cavab verib.

Budəfəki sammitin fəxri qonaqları İran prezidenti Həsən Ruhani, Moldova Prezidenti İqor Dodon və Sinqapurun Baş naziri Li Syan Lundur.

Ali Şuranın üzvlərinin iclasda inteqrasiya proseslərinin inkişafı üçün perspektivli sahələri, ittifaq bazarının fəaliyyətini yaxşılaşdırmaq və iqtisadiyyatın əsas sahələrində əməkdaşlığı genişləndirmək üçün vəzifələri açıqlayacaqları və bu kimi aktual məsələlərə baxılacağı gözlənilir. İclasın gündəliyindəki digər bir məsələ Avrasiya İqtisadi Komissiyasının (ECE) yeni inteqrasiya və makroiqtisadiyyat nazirinin təyin olunmasıdır. Bu vəzifəyə Rusiya Federasiyası Prezidentinin müşaviri Sergey Qlazyev təklif edilib. Bundan əvvəl, avqust ayında BMT-nin Cenevrədəki qərargahına rəhbərlik edən Tatyana Valovaya bu vəzifəni tutmuşdu.

Ali Şuranın iclaslarından sonra bir sıra əməkdaşlıq sənədləri, həmçinin AAİŞ ilə Sinqapur arasında sərbəst ticarət müqaviləsi imzalanacaq.

Axşam dövlət başçılarında rəsmi şam yeməyi planlaşdırılır.publika.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar