Xəbər lenti
76 yaşında gözlənilmədən məhşur casusun varisi oldu - ŞƏKİL
Hindistanın Manqalur şəhər sakini Edvin De Souza gözlənilmədən məşhur casusun varisi olub və məhkəməyə cəlb olunub.
Bu barədə “The Times of India” yazıb.
De Souza miras haqqında məlumatı Dehli polisinin zəngindən sonra öyrənib. Ona mərhum anası Qerti Uolder və ögey atası Kumer Narayndan qalma böyük bir evə sahib ola biləcəyi söylənilib. Mülkiyyətin ümumi dəyəri 100 milyon rupi (2 milyon manatdan çox - red.) olaraq qiymətləndirilir.
Məsələ burasıdır ki, 76 yaşlı kişi tək ev yox, ögey atasının varlığı haqqında da ilk dəfə eşidirdi. Qerti Uolder oğlunu 2 aylıq olanda tərk edib və uşaq nənəsinin himayəsində böyüyüb. De Souza anasının ikinci dəfə evləndiyini eşitsə də, ögey atasının adını bilmirdi.
De Souza sonuncu dəfə anasını 1964-cü ildə görüb.
1985-ci ildə Narayn həbs olunub. Lakin girov üçün pul ödəyərək müvəqqəti azadlığa buraxılıb. O, 2000-ci ildə məhkəmənin qərarını gözləmədən 75 yaşında intihar edib. Onun ölümündən sonra həyat yoldaşı da müəmmalı şəkildə qətlə yetirilib.
2008-ci ildə Naraynın xidmətçisi Radhika adlı qadın onun ögey qızı olduğunu iddia edərək, mülklərə sahib olmaq istəyib. Lakin qadının saxtakarlığı üzə çıxdıqdan sonra polis qanuni varisi axtarmağa başlayıb.
Müstəntiqlər Naraynın qohumlarını tapa bilməsə də, onun həyat yoldaşı Qerti Uolderin oğlunun izinə düşüb. İndi Qerti Uolderin oğlu De Souza Radhikadan mülkləri almaq üçün məhkəmə prosesini başlatmalıdır.oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar