Xəbər lenti
Keçmiş ABŞ səfiri Kim Kardaşyanı Qarabağda alt paltarı fabriki açmağa çağırdı - ŞƏKİL
ABŞ-ın Ermənistandakı keçmiş səfiri Con Evans Kim Kardaşyanı Azərbaycanın işğal edilmiş ərazilərində alt paltarları istehsal edən fabrik açmağa çağırıb.
Manevr.az virtualaz.org-a istinadən xəbər verir ki, Kim Kardaşyanın Ermənistanda özünün yaratdığı “Skims” brendi altında alt paltarları istehsal edən fabrik açmaq planları “genosid” əngəli ilə qarşılaşmışdı.
Xatırladaq ki, bu günlərdə ABŞ-da səfərdə olan Ermənistan baş naziri Nikol Paşinyan Los-Ancelesdə erməni icması qarşısında çıxış edərək Birləşmiş Ştatlardakı zəngin erməniləri Ermənistana yatırım qoymağa səsləyib. Bu çağırışa səs verən isə Kim Kardaşyan olub. “Skims” qadın alt paltarlarının satışından milyonlarla dollar qazanan Kardaşyan Tvitter-də yazıb ki, Ermənistan iqtisadiyyatını qaldırmaq, insanlara iş yeri açmaq üçün bu ölkədə həmin brendin alt paltarlarını istehsal edən şirkət açmağa hazırlaşır.
Lakin Amerika Erməni Milli Komitəsi(ANCA) Kardaşyanın nəzərinə çatdırıb ki, həmin brendin Türkiyədə fabriki var. Komitə teleulduzu ikiüzlülükdə ittiham edib və brendin Türkiyədəki istehsalını dayandırıb daha sonra Ermənistana keçirməyə çağırıb. Kardaşyan isə bundan imtina edib. Nəticədə ermənilərin ona hücumları başlayıb. “Kim, sən genosidi inkar edən ölkəyə pul verirsən. Bunu Ermənistanda etmək əvəzinə sən onun sakinlərinə iş yeri açırsan və iqtisadiyyatını yaxşılaşdırırsan. Heç bir erməni belə hərəkət etməzdi”,-sosial şəbəkələrdə belə yazıblar.
Daha sonra məsələyə ermənilərə qulluq göstərən keçmiş səfir Con Evans qarışıb. O, Tvitter-də Kardaşyanı Dağlıq Qarabağda “Skims” alt paltarları fabriki açmağı təklif edib.
“Skims”lə bağlı yaxşı gedişdir! Bəs Artsaxda (Dağlıq Qarabağa verilən qondarma ad, -red.) istehsal barədə nə düşünürsən? Bax bu ağıllı iş olardı!”,-Evans yazıb.
Xatırladaq ki, Con Evans 2016-cı ilin aprel döyüşlərindən sonra Dağlıq Qarabağa qanunsuz səfər etdiyi üçün adı Azərbaycanın qara siyahısındadır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar