Xəbər lenti
Dünyanı sarsıdan agent məlum oldu - Kimliyi SİZİ ŞOKA SALACAQ
ABŞ prezidenti Donald Tramp haqqında impiçment prosedurunu tətikləyən telefon danışığına dair məktubun müəllifi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) əməkdaşıdır.
Manevr.az xəbər verir ki, bu haqda “New York Times” qəzeti həmin şəxsin kimliyini bilən üç mənbəyə istinadən bildirib.
Onun kişi olduğu və bür müddət əvvəl Ağ Evdə xidmət etdiyi, Ağ Evdəki vəzifəsindən ayrıldıqdan sonra CİA-ya qayıtdığı bildirilir.
Vəkil Andrev Bakaj müdafiəçisi olduğu şəxsin CİA üçün çalışdığını təsdiqləməyib və onun adını açıqlamamaq hüququna malik olduğunu söyləyib.
Xatırladaq ki, ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi Tramp və Zelenski arasındakı telefon danışığına dair məktubu açıqlayıb. Bundan sonra – sentyabrın 24-də Nümayəndələr Palatasının spikeri, demokrat Nensi Pelosi Donald Trampın impiçmenti proseduruna başladıqlarını bəyan edib. Zelenski ilə Trampın 2019-cu ilin iyulunda keçirdiyi telefon danışığı impiçment üçün əsas hesab edilir. Məktuba görə, Donald Tramp sabiq vitse-prezident və ABŞ prezidentliyinə demokrat namizəd Co Baydenin oğlu ilə bağlı araşdırılma aparılmasını tələb edirdi. Demokratlar məhz bunda “seçkilərin bütövlüyünün pozulmasını” görürlər.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar