Xəbər lenti
Məhəmməd ibn Salmandan Kaşıkçı cinayəti ilə bağlı şok etiraf - VİDEO

Telejurnalist Martin Smit Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda öldürülən Camal Kaşıkçı ilə bağlı reportaj hazırlayıb.
“Haber7”in məlumatına görə, reportajda Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd ibn Salman danışıb.
Tam mətni oktyabrın 1-də ABŞ-ın “PBS” telekanalında yayımlanacaq reportajın anonsu böyük səss-küyə səbəb olub.
Anonsda Məhəmməd ibn Salman Kaşıkçı cinayətinə görə bütün məsuliyyəti üzərinə götürdüyünü açıqlayıb.
Qeyd edək ki, Kaşıkçı oktyabrın 2-də nişanlısı ilə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna gedib. Saat 13:14-də binaya daxil olan jurnalist bir daha oradan çıxmayıb. Onun konsulluq binasında qətlə yetirildiyi məlum olub.
Həmin qətldə şübhəli bilinən və BƏƏ vətəndaşı olan iki nəfər bir neçə gün öncə İstanbulda saxlanılıb. Onların cinayətlə əlaqəsi araşdırılır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar