Xəbər lenti
Paşinyan ABŞ-dan kor-peşman qayıdır
ABŞ-da erməni nazirlə görüşmək istəyən dövlət rəsmisi tapılmadı
Nyu-Yorkda ABŞ prezidenti Donald Trampla Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olmayacaq. Bunu Ermənistan XİN müavini Qriqor Avanisyan jurnalistlərə açıqlamasında bildirib. O, görüşün baş tutmamasını BMT-nin Baş Assambleyasının iclasında olduqca çox dövlət başçısının iştirakı və onların hamısının ABŞ lideri ilə görüşə cəhdi ilə əsaslandırıb.
Avanisyan Paşinyanın öz qarşısında Trampla görüş məqsədi qoymadığını deməklə ilə jurnalistləri də güldürüb. Nazir müavini ermənisayağı yalanına davam edərək qeyd edib ki, Ermənistan ilə ABŞ arasında münasibətlər mükəmməldir və heç bir problem yoxdur.
Xatırladaq ki, Ermənistanın baş nazirinin özü dəfələrlə bildirib ki, ABŞ rəhbərliyi ilə görüş olduqca vacibdir. Paşinyanın sözlərinə görə, bu Ermənistanın iqisadiyyatı və siyasətindəki proqres üçün çox şey əldə etməyə imkan verə bilər.
Ölkənin XİN rəhbəri də gecə-gündüz ABŞ-da ən azı dövlət katibi mayakl Pompeo ilə görüş təşkil etmək üçün çalışıb. Amma heç nə əldə edə bilməyib. Hətta tərif edilən ermənilərin ABŞ diasporu heç nə ilə kömək edə bilməyib. Tramp sadəcə olaraq Paşinyanı görüşmək istəməyib.
Paşinyan özü gözəl anlayır ki, baş tutmayan görüş onun son zamanlar xeyli düşən avtoriteti üçün ciddi zərbədir. Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan isə hələ də optimistdir. O deyir ki, onsuz da bu görüş nə vaxtsa baş tutacaq.
Amma onda Paşinyanın hakimiyyətdə olub-olmayacağı böyük sual altındadır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar