Xəbər lenti
Putinin sevimli dondurmasını xaricə ixrac edəcəklər
Rusiya prezidenti Vladimir Putin ölkənin ən ləzzətli dondurmalarını hazırlayan Krasnodar "Korenovski süd və konservi fabriki" məhsullarını xaricə ixrac edəcəyini söyləyib.
Bu barədə "İnterfaks"a bölgənin vitse-qubernatoru Andrey Korobkin bildirib.
Bildirilir ki, vitse-qubernator istehsalla bağlı hər hansı bir detalı açıqlamayıb. Bununla yanaşı, o, dünya bazarına yönəlmiş müəssisələrin yüksək nəticələr əldə etdiyini qeyd edib.
A.Korobkinin sözlərinə görə, bölgə 2024-cü ilə qədər ixracatı 3,8 milyard dollara çatdırmaq niyyətindədir. Bu cür parametrlər "Beynəlxalq Əməkdaşlıq və İxrac" milli layihəsinə daxildir.
Bildirilir ki, Putin 2017-ci ildən brend məhsulların idxalı ilə məşğuldur. Hətta prezident “MAKS" Beynəlxalq Aviasiya və Kosmos Sərgisinin açılış mərasimində nazirləri “Korenovka inəyi” dondurmasına qonaq etmişdi. 2018-ci ildə Krasnodara səfəri zamanı “Korenovo dondurması”nın ən ləzzətli dondurma olduğunu söyləyib və 2019-cu ildə o, “MAKS-2019" Beynəlxalq Aviasiya və Kosmos Sərgisinin açılış mərasimində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla bu dondurmanın yenidən dadına baxıb.
Jurnalistlərin qeyd etdiyi kimi, “Putinin” dondurması iki il ərzində bahalaşıb. 60 rubla (1 manat 25 qəpik – red.) satılan dondurma ( 1 manat 75 qəpik- red.) 70 rubla satılır.
“Korenovski süd və konserv zavodu” “Renna” şirkətlər qrupuna daxildir. Nəşrin məlumatına görə, məhsullar 28 ölkəyə ixrac edilir. 2018-ci ildə istehsalçı Rusiyada stəkanlarda və briketlərdə satılan dondurma ikinci yeri tutub.//virtualaz.org
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar