Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Gülnarə Kərimovanın qızı hədələdi: “Əlimizdə ciddi kompromatlar var...”

Tarix: 20-09-2019 18:48     Baxış: 3157 A- / A+
Gülnarə Kərimovanın qızı hədələdi: “Əlimizdə ciddi kompromatlar var...”

Özbəkistanın ilk prezidenti İslam Kərimovun nəvəsi-Gülnarə Kərimovanın qızı İman, Özbəkistan hökumətinin nümayəndələrini kompromatlar sənədlərlə hədələyərək onları yaxın günlərdə korrupsiya cinayətlərini araşdıran beynəlxalq məhkəmələrə və strukturlara göndərəcəyini deyib.

Londonda yaşayan İman Kərimova bu barədə İnstaqram hesabında yazıb. "Anamda və bizdə olan faktlardan hakimiyyət niyə qorxur", - deyə o bildirib. Və sənədlərin bir hissəsini açıqlayacağı ilə təhdid edib.

İman Kərimova müraciətində bu günlərdə Daşkənddə anasının qapalı məhkəməsinin keçirildiyini və vəkillərin içəri buraxılmadığını təsdiqləyib. Özbəkistanın ilk prezidentinin nəvəsinin sözlərinə görə, iclasda Gülnarə Kərimova barəsində qabaqlayıcı tədbirlər görülməsi məsələsi müzakirə edilib. Qərar barədə isə heç bir məlumat verilmir.
Gülnarə Kərimovanın qızı hədələdi: “Əlimizdə ciddi kompromatlar var...”

"Əsas məni qorxudan səbəblərdən biri, məhkəmədə anama qarşı əsassız daha bir cinayət işinin açılmasıdır. Onun əlində olan ifşaedici materiallardan ehtiyyat etmək lazımdır, çünki anam həmin dəlilləri artıq təhlükəsiz yerə ötürüb. Hökumətdə olan və hökumətdən xaric edilən məmurlar onların barəsində gizli qalan çoxsaylı faktlara görə xalqdan qorxmalıdır. Hakimiyyət hər dəfə anamın qanuni şəkildə həbsdən azad olunmasına istənilən yolla mane olmağa hazır olduğunu nümayiş etdirir ”, - deyə İman Kərimova yazıb.

O, anasının həbsi ətrafındakı vəziyyəti "kloun və sirk" adlandıraraq, Özbəkistanda "səs-küylü bəyanatlar və kosmetik dəyişikliklərdən başqa heç bir irəliləyişin olmadığını" iddia edib.
Gülnarə Kərimovanın qızı hədələdi: “Əlimizdə ciddi kompromatlar var...”

İ. Kərimovanın iddialarına görə, respublikada qanunun aliliyi yoxdur, ona görə də günahsız hər kəs mühakimə oluna və günahlandırıla bilər: "Belə bir vaxtda insanları terror edən və evlərini sökən icra hakimləri medallar və təşəkkürlərlə təltif olunur. Ölkənin büdcəsini boşaldaraq yarım faiz üçün tikinti obyektləri tikirlər və bloqerləri dövlətin hesabına "miqalkalarla” xarici nazirlər səviyyəsində qarşılayırlar”.virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar