Sizin Reklam Burada
Xəbər lenti
26-01-2025
25-01-2025
BÜTÜN XƏBƏRLƏR

Edvard Snouden: Vəzifəli şəxslər “WhatsApp”dan istifadə etməsin

Tarix: 18-09-2019 08:12     Baxış: 3193 A- / A+
Edvard Snouden: Vəzifəli şəxslər “WhatsApp”dan istifadə etməsin

ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden dövlətlərdə yüksək vəzifə tutan insanları “WhatsApp” messencerində məlumatların şifrləmə səviyyəsinin aşağı olması səbəbindən ondan istifadə etməməyi tövsiyə edir. O, bu bəyanatı Fransanın “France Inter” radiostansiyasına müsahibədə səsləndirib.

Manevr.az “ICTnews”a istinadən xəbər verir ki, onun sözlərinə görə, hökumətdə ciddi məsələlərlə məşğul olan şəxs “WhatsApp”dan istifadə etməklə səhvə yol verir.

Müsahibədə radiostansiya jurnalisti qeyd edib ki, Fransa baş naziri Eduard Filipp digər nazirlərlə əlaqə qurmaq üçün “WhatsApp”dan istifadə edir, ölkə prezidenti Emmanuel Makron isə “Telegram”a üstünlük verir. “Bu proqramların hər ikisi SMS və ya digər şifrlənməmiş bildirişlərdən istifadədən daha yaxşıdır. Lakin onlardan baş nazirlərin istifadə etməsi çox təhlükəlidir”, – keçmiş agentlik əməkdaşı vurğulayıb.

O əlavə edib ki, “Facebook” şirkəti messencerə sahib çıxdıqdan sonra müxtəlif mühafizə səviyyələrini ləğv etməyə başlayıb.

“Signal” və “Wire” proqramlarından istifadəni tövsiyə edən E.Snouden fikrini onların daha yaxşı şifrləmə səviyyəsinə malik olması və Facebook” şirkətinə məxsus olmaması ilə izah edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar