Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

90 min uşağı ölümdən xilas edən həkimin inanılmaz HƏYAT HEKAYƏSİ

Tarix: 17-09-2019 20:03     Baxış: 3161 A- / A+
90 min uşağı ölümdən xilas edən həkimin inanılmaz HƏYAT HEKAYƏSİ

20-ci əsrin əvvəllərində Sara Jozefina Beyker Nyu-Yorkda uşaqlar üçün səhiyyə sahəsində əsl inqilab edib.

Manevr.az xəbər verir ki, şəhərin aşağı Şərq tərəfindəki xarabalıqlar dünyada ən sıx məskunlaşmış yerlərdən biri idi. Epidemiyalar nəticəsində immiqrantların yerləşdiyi evlərdə təxminən 4500 nəfər ölmüşdü. Lakin Beykerin təşəbbüsləri sayəsində ölüm halları xeyli azalmışdı.

Jozefina Bayker 1873-cü ildə Nyu-Yorkun Pokipsi şəhərində Quaker ailəsində böyüyüb. Məktəbi bitirdikdən sonra o, Manhettendəki Qadın Tibb Kollecində tibb təhsili alıb.

1908-ci ildə qızılca, dizenteriya, tifoid və difteriya kimi xəstəliklər yayılmağa başlamışdı. Həmin dövrdə Beyker Uşaq Gigiyena Bürosuna cavabdeh təyin edilmişdi.

O, yeni müalicə üsulları ilə bir çox yeniliklərə imza atır. İlk növbədə təhsilə və profilaktikaya diqqət yetirməyə qərar verir. Tibb bacıları gənc anaları ziyarət edir, körpəyə necə qulluq etmək və ana südü ilə bəsləmək barədə məlumatlandırırdı. Beyker əmizdirə bilməyən anaların uşaqları üçün süd məntəqələri şəbəkəsi yaradır. O həmçinin doğuş zamanı gonoreya bakteriyalarının yaratdığı uşaqlıq korluğu problemini də həll edir. Bunun üçün gümüş nitratın dəqiq bir dozasını özündə saxlayan yeni steril arı mumu qabları hazırlayır. İki il ərzində uşaqlıq korluğu ildə 300 körpədən 3-ə qədər azalır. Proqramlarının işə başlandığı üç il ərzində Nyu-Yorkda körpə ölümü 40% aşağı düşür.

Beykerin müalicəyə yeni yanaşması Nyu-Yorkun hüdudlarına da yayılır, onun proqramlarını digər ştatlar da təkrarlamağa qərar verir. O, 1917-ci ildə ictimai səhiyyə sahəsində doktorluq dərəcəsini alır və tibb məktəbində müəllimlik etməyə davam edir. Beləliklə Beyker Millətlər Liqası Səhiyyə Komitəsində xidmət edən ilk qadın təyin edilir.

Beyker 1945-ci ildə 71 yaşında vəfat edir, lakin inanılmaz mirası bu gün də dünyanın səhiyyə proqramlarında yaşayır və minlərlə həyatı xilas edir.publika.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar