Xəbər lenti
Qorxunc HƏQİQƏT ORTAYA ÇIXDI: Ölülər məzarda… – Elm dünyası silkələndi

Avstraliyalı araşdırmaçılar indiyədək irəli sürülən nəzəriyyələrin əksinə olaraq, ölülərin məzarda “sakit yatmadıqlarını” iddia edib.
Sürətləndirilmiş kameralarla reallaşdırılan çəkilişlərdə ölü bədənin quruma və çürümə prosesində üzvlərinin hərəkət etdiyini ortaya çıxarıb.
70 cəsəd üzərində araşdırma aparan Avstraliya Təcrübə Araşdırmaları Mərkəzi (AFTER) ölmüş bədənin bir il keçdikdən sonra belə orqanların hərəkət etdiyini aşkar edib.
Sürətləndirilmiş kameralar 17 ay ərzində hər 30 dəqiqədən bir cəsədlərin fotolarını çəkib. Əldə edilən nəticələrdə bədənin quruma və çürümə prosesində hərəkət etdiyi bəlli olub. Bunun xüsusən detektivlər və patoloqlar üçün önəmli bir kəşf olduğu bildirilib.
Araşdırmaçı Alison Vilson qeyd edib ki, araşdırmalar zamanı qolların hiss ediləcək səviyyədə hərəkət etdiyini üzə çıxarıblar: “Bədəni sarılmış və ya bədənin yanında duran qollar ya yana düşür, ya da geniş açılır. Yana açılan qollar yenidən geri hərəkət edərək bədənə toxunur”.
Vilsona görə, bu hərəkətlənmə birləşdirici toxumaların qurumasıyla bədənin kiçilib büzülməsindən irəli gələ bilər.
Nyukasl Universitetinin anropoloqu Xante Mallett isə bildirib ki, ölünün hərəkət etməsi insanları təəccübləndirəcək: “Mən bunu görəndə heyrətləndim, qolların bu formada hərəkət etməsini görəndə ağzım açılı qaldı”.
Bugünədək cəsədin uzun illərdən sonra da, məzara qoyulmuş vəziyyətdə qalmasına inanılırdı. (teleqraf.com)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar