Xəbər lenti
Putin Ərəbistanla bağlı suala cavabında "Quran"dan sitat gətirib

Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanına neft obyektlərinə dron hücumları fonunda S-400 və ya S-300 zenit raket kompleksləri sistemlərini almağı təklif edib.
Bu barədə o, Ankarada keçirilən Rusiya-Türkiyə-İran prezidentlərinin Suriya münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli görüşün yekunlarına dair mətbuat konfransında bildirib.
Səudiyyə Ərəbistanında neft zavodlarına edilən hücumla bağlı suala cavab verən Rusiya prezidenti müqəddəs "Qurani-kərim"dən sitat gətirib.
"Müqəddəs Quranda öz ailəni qorumaqdan başqa, hər cür zorakılığın qəbuledilməzliyindən danışılır. Ona görə də öz ailəsini, ölkəsini qorumaq üçün biz Səudiyyə Ərəbistanına müvafiq yardımı göstərməyə hazırıq", - deyə Vladimir Putin vurğulayıb.
Onun sözlərinə görə, Səudiyyə rəhbərliyi müdrik dövlət qərarı vermək üçün yetərlidir ki, İran kimi S-300 və ya Türkiyə hakimiyyəti kimi S-400 alsın: "Bu silahlar Səudiyyə Ərəbistanın hər hansı infranstruktur obyektini etibarlı qoruyacaq".
İran prezidenti Həsən Ruhaninin "S-300, ya S-400-ləri almaq yaxşıdır?" sualına isə Putin belə cavab verib: "Qoy seçsinlər".
Bundan başqa Rusiya lideri bir daha Qurandan sitat gətirərək Səudiyyə Krallığının neft obyektlərinə edilən hücumları şərh edib: "Əhalisinin əksər hissəsinin müsəlmanlar olduğu Türkiyədə olduğum zaman müqəddəs qurandan sitatları xatırlamaya bilmərəm: “Allahın mərhəmətini xatırla. Bir vaxtlar düşmən idiniz, Allah sizin qəlblərinizi sınadı və sizi qardaş etdi". Buna görə də düşünürəm ki, məhz bundan başlamalıyıq", - deyə Rusiya prezidenti bildirib.apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

Media
Ədəbiyyat
Kriminal
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Təqvim
| « Oktyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar




























