Xəbər lenti
İşğal olunmuş ərazilər üzrə yeni düstur - Nazir müharibənin VAXTINI AÇIQLADI
Ukraynanın xarici işlər naziri Vadim Pristayko ICTV telekanalının efirində Donbasda münaqişənin dayandırılması üzrə “Zelenski düsturları”nın (Ukrayna prezidenti Vladimir Zelenski –red.) mövcudluğu haqqında danışıb.
Manevr.az xəbər verir ki, nazirin sözlərinə görə, bu düsturun tərkib hissələrindən biri münaqişə yaxın gələcəkdə həll olunmasa, yeni radikal tədbirlərə keçidi nəzərdə tutur.
Xarici İşlər Nazirliyinin başçısı vurğulayıb ki, ölkə hakimiyyətinin “hər şey üçün” yalnız yarım ildən bir ilə qədər vaxtı var.
“Zelenski düsturu” bu fraza ilə qurtarır ki, bizdə danışıqlara davam etmək üçün beş il yoxdur”, - Pristayko deyib.
O həmçinin söz verib ki, ölkə hakimiyyəti Ukrayna xalqının gözləntilərinə cavab olaraq bütün mümkün addımları atacaq.
Qeyd edək ki, Ukrayna ordusu və rusiyayönlü qüvvələr arasında Donetsk və Luqansk vilayətlərində silahlı konflikt 2014-cü ilin aprelində başlanıb. 2014-cü aprelin 14-dən hökumət gücləri Donbasda terrorçuluğa qarşı əməliyyatı keçirirdi. 2018-ci il aprelin 30-da anti-terror əməliyyatı rəsmən başa çatıb, onun əvəzinə Donbasın reinteqrasiyası haqqında qanuna uyğun olaraq, Birləşmiş güclərin əməliyyatı başlanıb.
Donetsk və Luqansk vilayətlərinin bir hissəsi hazırda rusmeylli separatçılar tərəfindən nəzarət altındadır. Kiyev işğal prosesində Rusiyanın nizami qoşununun iştirak etdiyini və hazırda burada Rusiya hərbçilərinin olduğunu iddia edir. Moskva isə münaqişə tərəfi olmadığını, münaqişənin Ukraynanın daxili işi olduğunu bildirir. Bununla belə, Rusiya xüsusi statusun verilməsini münaqişənin həlli və ərazinin Kiyevin nəzarətinə keçməsi üçün əsas şərt hesab edir.
Ukrayna Parlamenti 2014-cü ildə Donbasın xüsusi statusu haqqında qanun qəbul edib, lakin heç vaxt qüvvəyə minməyib. 2018-ci ilin payızında isə Ali Rada onun qüvvəsini 2019-cu ilin sonuna qədər uzadıb. Sənəddə bölgə üçün xüsusi statusun bir sıra şərtlərin yerinə yetirilməsindən, xüsusən də qanunsuz silahlı birləşmələrin bu ərazilərdən çıxarılmasından sonra qüvvəyə minəcəyi bildirilir.
Zelenskinin lideri olduğu “Xalqın xidmətçisi” partiyasından seçilmiş deputat Daniil Qetmansev “NewsOne” telekanalının efirində bildirib ki, Donbasa xüsusi statusun verilməsi Moskvanın istədiyi hadisələr zəncirinə gətirib çıxaracaq.
“Biz bununla presedent yaradırıq və ölkə daxilində bu münaqişəni inkişaf etdiririk. Və bu, yolu heç yerə aparmayacaq. Bu, Rusiyanın bizimlə manipulyasiya edərək şüurlu olaraq buraxdığı hadisələr zənciridir”, - Qetmansev deyib.
O söyləyib ki, Donbasa xüsusi status Ukrayna daxilində münaqişəni daha da ağırlaşdıracaq və ölkənin sonrakı itkisiylə Ukraynanın federasiya halına salmasına gətirib çıxaracaq.
”Bu, bizə iqtisadi nöqteyi-nəzərdən sərfəlidir. Donbas və Rusiyayla münasibətlər bərpa ediləcək, amma elə şeylər var ki, onlarla ticarət etmək olmaz. Qaza endirim və ya qiymətlə milli maraqları ticarət etmək, xüsusi statusun verilməsini və orada seçkilərin keçirilməsini müzakirə etmək olmaz, əgər bu öz-özlüyündə utopiyadırsa”, - ukraynalı deputat yekunlaşdırıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar