Xəbər lenti
Dünya bu türk qadından danışır – Atası öldükdən sonra Avropada bir ilki gerçəkləşdirdi

Almaniya, Avstriya və İsveçrədə tibb sahəsində uğurlu işlər həyata keçirən həkimlərə və tibbi qurumlara verilən “German Medical Award” (Alman Tibb Mükafatı) bu il türkiyəli həkimə verilib.
Mükafatın sahibi Avropada süni ürək nəqli edən ilk qadın cərrah Dilək Gürsoy olub.
“DW Türkçe”yə müsahibə verən Gürsoy bildirib ki, mükafat imza atdığı əvvəlki işlərə görə verilib, amma ona gəlcəkdə görəcəyi işlər üçün motivasiya qaynağı olub.
Dilək Gürsoy 1960-cı illərdə Almaniyaya köç edən işçi ailəsində dünyaya gəlib. 10 yaşında ikən atasını ürək çatışmazlığından itirib. İllər sonra atasını əlindən alan bu xəstəliklə mübarizə aparmaq üçün ürək cərrahı olub. Düsseldorf Tibb Universitetini bitirdikdən sonra cərrahlığa başlayan Gürsoy ən böyük çətinliyinin insanların orqanlarının bağışlamaması olduğunu deyib. Buna görə də süni ürək nəqli məsələsində irəliləyiş əldə etmək üçün çalışıb.
Qeyd edək ki, türkiyəli doktor ilk dəfə 2012-ci ildə süni ürək nəqli əməliyyatı keçirib. Onun məqsədi Avropa miqyasında Süni Ürək Mərkəzi yaratmaqdır. (publika.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar