Xəbər lenti
Dünyanın ən varlı qadınları - SİYAHI + ŞƏKİL
Dünyada milyonlara sahib olan tək kişilər deyil.
Onlar arasında sərvəti milyonları aşan zərif cinsin nümayəndələri də var. Bu siyahıdan olan qadınların demək olar ki, hamısı öz zəhmətləri və istedadları sayəsində sərvət qazanıblar və heç kim onlara miras qoymayıb. Bəziləri televiziya və kitablardan, digərləri qadınlara uyğun bilinməyən bir işlə - içki və mebel istehsalı, habelə daşınmaz əmlakla məşğul olub milyonlar qazanıblar. Lakin bu siyahıda həyat yoldaşı ilə şansı gətirən qadınlar da var.
Larisa Belobrova, 260 milyon dollar
Larisa Belobrova Rusiyadakı ən varlı aktrisadır, Primorski dram teatrında çalışır. Amma cibinə milyonlar teatrdakı rolları ilə deyil, Larisanın yarıdan çoxuna sahib olduğu Primorye Bankının səhmləri hesabına gəlib.
O, balıqçılıq bazasına da sahibdir. Xoşbəxtlik quşu əri Sergey Darkinin dövlət qulluğuna təyin olunandan sonra qadının başına qonub. O, hazırda Regional inkişaf nazirinin müavinidir.
Coan Rouling, 1 milyard dollar
Coan Roulingin həyatını dəyişdirən əsas məqam Londonun Kings Kross stansiyasında, Mançesterə gedən qatarı gözlədiyi vaxt Harri Potteri beynində canlandırması olub. İndi həmin stansiyada kitabda bəhs olunan gənc sehrbazın abidəsi var. Harri Potter seriyasi tarixin ən çox satılan kitabı olub və müəllifinə 1 milyard dollar qazandırıb.
Olqa Belyavtseva, 550 milyon dollar
90-cı illərin əvvəllərində Olqa Belyavtseva konserv zavodunda qablaşdırmaçı kimi işə başlayıb və tezliklə karyera pilləllərində uğur zirvəsinə qalxıb. 2000-ci illərin əvvəllərində fabrik özəlləşdirildikdə Olqa bu fabrikin məhsullarını yaymaq üçün şirkət yaradıb.
Onun şirkətinin istehsal etdiyi şirələr Rusiya bazarının 30%-ni tutur və hazırkı sərvəti 550 milyon dollar qiymətləndirilir.
Keti İrlandiya, 360 milyon dollar
Keti İrlandiya “Sport İllustratet” səhifələrində yer alan model kimi dünyada məşhurdur və hazırda ABŞ-ın ən varlı qadınlarından biri sayılır. Digərlərindən fərqli olaraq Keti modellik biznesinə başlamazdan öncə artıq iş xanımı kimi tanınıb və bu sahədə uğurlu nəticələr əldə edib. Uşaq ikən daşlar boyayıb və suvenir kimi onları satan Keti həm də müəyyən yerlərə qəzet paylayıb. Onun bir çox biznes layihəsi var: pivə, corab, idman geyimləri istehsalı və mebel biznesi. Şirkətinin dövriyyəsi 2,5 milyard dollar, şəxsi sərvəti isə 360 milyon dollar təşkil edir.
Vu Yajun, 10.4 milyard dollar
Maşın Mühəndisliyi fakültəsini bitirən Vu Yajun elektronika fabrikində işə düzəlir, lakin dörd il sonra jurnalistika sahəsinə keçid edir. Yeni iş yerində ilk mənzili üçün pul yığmağı bacarır. Beləliklə, Vu Çində daşınmaz əmlak problemləri ilə qarşılaşır və öz şirkətini açmaq qərarına gəlir. 2012-ci ildə o, Çinin ən varlı qadını olur. Amma ərindən boşanması onu 3 milyard dollardan məhrum edib. İndi Vu Yajunun var-dövləti 10.4 milyard dollar dəyərində qiymətləndirilir.
Sara Blakeli, 1 milyard dollar
Vəkil olmaq üçün bir neçə uğursuz cəhddən sonra Sara Disneylendə gələn müştərilərə oyun, əyləncə məkanının xidmətindən yararlanmağı tövsiyə edən satış məsləhətçisi kimi çalışmağa başlayıb, sonra faksları satmaqla məşğul olub. Bir gün ziyafətə gedərkən Sara əynindəki uzanan corabların onun daha yaxşı görünməsinə kömək etdiyini, lakin sandaletlərlə dəhşətli göründüyünü aşkar edib. Bir az düşündükdən sonra o, corabın ayaq hissəsini kəsib və ertəsi gün patentin necə qeydiyyata alınması barədə məlumat axtarıb. Sara ideyaya 5 min dollar sərmayə qoyub. Birinci il üçün gəlir 4 milyon dollar, bir neçə ildən sonra isə bu məbləğ qat-qat artaraq, 250 milyon dollar səviyyəsinə çatıb. Beləcə, Sara Blakin adı qadın milyonçularının sırasına daxil oldu.
Opra Uinfrey, 2,8 milyard dollar
Opra yeganə milyarder afroamerikalıdır. O, kasıb qulluqçu və mədənçi ailəsində anadan olub. 17 yaşında Uinfrey karyerasına başlayıb, əyalətində ilk qara dərili reportyor olub. Opranın sərvətindəki aslan payı (2 milyard dollar) 25 illik şousundakı fəaliyyətindən əldə edilən gəlirdir.
Martа Stüart, 300 milyon dollar
Marta ilk pulunu vasitəçilik yolu ilə qazanıb, amma ailəsi və ev işləri vaxtının çoxunu almağa başlayıb. Bu səbəbdən o, birjanı tərk etmək məcburiyyətində qalıb. O, bu vaxtının boş keçməməsi üçün bir neçə aşpaz kitabı yazaraq, bu janrın ən populyar yazıçılarından birinə çevrilib. Stüartın sərvəti 90-cı illərin sonlarında televiziyada əmtəə (mal) satan şirkət sayəsində 1 milyard dollara çatıb. Lakin 2001-ci ildə Stüart kiçik əczaçılıq şirkətində səhmləri satmaq üçün insayder məlumatlardan istifadə etdiyinə görə məhkum olunub. Qalmaqal səbəbindən Stüartın qurduğu bir neçə biznes iflasa uğrayıb.metbuat.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar