Xəbər lenti
Ukrayna iki dənizi su yolu ilə birləşdirmək istəyir
Ukrayna hökuməti Baltik və Qara dənizin su yolu ilə birləşdirilməsi üzrə layihəni reallaşdırmağı planlaşdırır.
Ukrinform agentliyi xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Aleksey Qonçaruk Kiyev şəhərində keçirilən “Yalta Avropa Strategiyası” forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, qırx su yolu var və layihənin reallaşdırılması üçün Polşa və Belarus ilə razılığa gəlmək lazımdır.
Hazırda Baltik və Qara dənizi birləşdirəcək su yolunun çəkilməsi məsələsi Belarus, Ukrayna və Polşanın mütəxəssislər və siyasi dairələrində müzakirə edilir. Polşa bu layihəni daha aktiv dəstəkləyir, çünki əsas tikinti işləri onun ərazisində aparılacaq. Mütəxəssislərin fikrincə, üç ölkənin ərazisindən keçəcək kanalların vahid sisteminin uzunluğu 2 min kilometrdən çox olacaq.Azərtac
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar