Xəbər lenti
Astronomlar ilk dəfə olaraq asteroidin rəng dəyişkənliyini görüblər
Astronomlar iki quyruğa malik 6478 Gault adlı asteroidi müşahidə zamanı ilk dəfə olaraq real müşahidə müddəti ərzində obyektin rəng dəyişkənliyini müşahidə ediblər.
Manevr.az-ın məlumatına görə, Gaultun səthində toz miqdarının azalması səbəbindən rənginin dəyişməsi, asteroidin sürətlə fırlanması nəticəsində səthaltı maddənin aşınmaya məruz qalması proseslərinin mümkünlüyü güman edilir. Məqalə, "The Astrophysical Journal letters" jurnalında dərc edilib.
Gault astroidi (6478) 1988-ci ilin may ayında kəşf edilmiş və təxminən 2,2 milyard il əvvəl nəhəng asteroidlərin toqquşması nəticəsində yaranan iki minə yaxın astroiddən ibarət olan Fokey ailəsinə aiddir. Asteroidin diametri təqribən 4 kilometrdir, asteroid qurşağının daxili hissəsində olmaqla Günəşdən 344 milyon kilometr məsafədədir. Bu ilin əvvəlində, obyektdə kometlər üçün xarakterik olan uzun bir quyruğun aşkar edildiyi elan edildi. Astronomlar bunun iki asteroidin yaxın qoşa sistemdə birləşməsi nəticəsində yaranmış ola biləcəyini fərz ediblər.
Asteroidin müşahidələri göstərib ki, onun tozdan ibarət iki quyruğu var və çox güman ki, YORP effekti nəticəsində asteroidin tədricən dağılması nəticəsində əmələ gəlmişdir. Lakin bu fərziyyə hələ təsdiqlənməlidir.
Astronomların fikrincə, Gaultun səthinin belə aktiv yenilənməsinə səbəb YORP effektinin olmasıdır. Gələcəkdə elm adamlarına bu cür aktiv obyektlərin fəaliyyət mexanizmlərini daha yaxşı dərk olunmasına kömək etmək üçün daha bir neçə müşahidə kampaniyası aparmaq planlaşdırılır.trend.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar