Xəbər lenti
Abe Putinə çağırış etdi: Gəl, tarix qarşısında...
Yaponiyanın Baş naziri Şinzo Abe Rusiyada keçirilən Şərq İqtisadi Forumunun plenar iclası çərçivəsində Rusiya-Yaponiya sülh razılaşması ilə bağlı fikirlərini bölüşüb.
Bu barədə Rusiya mətbuatı yazıb.
“Rusiya və Yaponiya gələcəyi birlikdə qurmalıdır. Vladimir, sən və mən eyni gələcəyi görürük. Gəlin, həmin gələcəyə irəliləyək. Gələn il böyük müharibənin başa çatmasından 75 il ötür. Soyuq müharibə 30 ildir başa çatıb. 1956-cı ildə bizim ölkələrimiz qəti şəkildə söz verdilər ki, sülhsevərlik və mehriban qonşuluq prinsipləri əsasında münasibət quracaqlar, bir-biri ilə müharibə aparmayacaq və bir-birilərini düşmən hesab etməyəcəklər”, - Abe bildirib.
Onun sözlərinə görə, hər iki tərəf hazırda eyni istiqamətdə irəliləmək üçün addımlarını sürətləndirib.
“4 adada həmişəkindən daha çox birgə təsərrüfatımız inkişaf edir. Bu yolda növbəti addım – bizim tarixi vəzifəmiz olan sülh razılaşmasının bağlanmasıdır. Gəl, tarix qarşısında məsuliyyəti üzərimizə götürək və sülh müqaviləsini imzalayaq”, - Abe bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar