Xəbər lenti
Dünyanın ən qorxunc məkanı - Burada ölü qızın lənəti dolaşır - ŞƏKİLLƏR
Bu kiçik ada dünyada qorxunc məkanlarla maraqlananlar üçün favorit bölgələrdən biri sayılır. Meksikanın Xocimilço çöllüyündə yerləşən "Oyuncaq uşaq" adası öz qəribəliyi və qorxunc mənzərəsi ilə insanın qanını donduracaq özəlliyə sahibdir.
Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, ətrafı su kanalları ilə əhatələnmiş məkanın populyaryarlıq qazanmasının səbəbi buranın oyuncaqlarla dolu olmasıdır.
Hər şey illər öncə adada bir qız uşağının su kanallarından birində boğularaq ölməsi ilə başlayıb. Don Xuliya adlı kişi bu olaydan sonra su kanalında qız uşağına aid olduğu bir oyuncaq tapır. Oyuncağı ölən kiçik qızın ruhuna hörmət üçün və adanı pis ruhlardan uzaq saxlamaq məqsədilə bir ağaca asır.
Zamanla bu olayı ənənəyə çevirməyə başlayan Santana adada nə qədər ağac varsa, hamısından uşaq oyuncaqları asmağa başlayır.
Oyuncaqların əksəriyyətinin ya başı, ya ayaqları, ya da qolları yoxdur. Ən maraqlısı budur ki, Santana da 2001-ci ildə həmin kiçik qız uşağı kimi su kanallarından birində boğularaq ölür.
O gündən bəri Santananın ailəsi də adada turistlər üçün məkanlar açaraq pul qazanmağa başlayır. Bu gün də bu ada dünyada turistlərin ən çox üz tutduqları məkanlardan biri sayılır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar