Xəbər lenti
“Niyə Azərbaycan dilində qəzet nəşr olunmur?” – Deputatdan nazirə

Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur növbəti dəfə ölkədə Azərbaycan dilində qəzetin nəşr olunmaması məsələsini gündəmə gətirib.
Manevr.az xəbər verir ki, azərbaycanlı millət vəkili bu barədə İranın İrşad və mədəniyyət naziri Abbas Salehiyə sual ünvanlayıb.
“Ölkə üzrə yayımlanan türk dilində qəzetin nəşrinə lisenziya verilməməsinin səbəbi nədir” başlığı ilə ünvanlanan sual parlamentin rəyasət heyətinə təqdim olunub.
Millət vəkili qəzetin nəşrinə lisenziya verilməməsi haqda nazirin cavab verməsini tələb edib.
Nadir Qazipurunun sözlərinə görə, o bundan əvvəl müvafiq məsələ ilə əlaqədar lisenziya almaq üçün nazirliyə müraciət edib. Lakin Mətbuata Nəzarət Heyəti ölkə üzrə yayımlanacaq Azərbaycan (türk) dilində qəzetin nəşrinə lisenziya verməkdən imtina edib.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

Media
Ədəbiyyat
Kriminal
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Təqvim
| « Oktyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar




























