Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyə "Mavi Mərmərə" ilə bağlı məhkəmə işlərinə xitam verilib

Tarix: 10-12-2016 00:12     Baxış: 3379 A- / A+
 Türkiyə "Mavi Mərmərə" ilə bağlı məhkəmə işlərinə xitam verilib


Türkiyədə “Mavi Mərmərə” gəmisi ilə bağlı bütün məhkəmə işlərinə xitam verilib.

“Report” "Hürriyet"ə istinadən xəbər verir ki, Türkiyə ilə İsrail arasında razılaşma buna əsas olaraq göstərilib.

Məlumata görə, İstanbul 7-ci Ağır Cəza Məhkəməsi müttəhimlər barəsində qiyabi olaraq verdiyi həbs qərarını da ləğv edib.

Xatırladaq ki, iki dövlət arasında münasibətlər 2010-cu il mayın 31-də kəsilib. Həmin dövrdə Fələstinin Qəzza bölgəsinə humanitar yardım aparan Türkiyənin "Mavi Mərmərə" gəmisinə İsrail hərbçiləri basqın edib. Nəticədə Türkiyənin 9 vətəndaşı öldürülüb.

Bu il iyunun 29-da İsrail hökuməti Türkiyə ilə normallaşma razılaşmasını təsdiqləyib. İsrail dövləti baş verən hadisə ilə bağlı Türkiyədən üzr istəyib. Bu il avqustun 20-də isə Türkiyə parlamenti rəsmi Ankara və Təl-Əviv arasında münasibətlərin normallaşdırılması ilə bağlı razılaşma sənədini təsdiqləyib. Sənədə əsasən, İsrail Türkiyəyə 25 gün ərzində 20 milyon dollar məbləğində təzminat ödəyəcək. Anlaşmaya görə, İsrail hərbçiləri hüquq və cəza məsuliyyətindən azad ediləcəklər. Eyni zamanda, İsrail Fələstinə humanitar yardımın göndərilməsi ilə bağlı tətbiq etdiyi embarqonu yumşaldacaq.

İsrailin Türkiyədəki səfiri postuna Eytan Naeh təyin edilib. O, dekabrın 5-də etimadnaməsini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edib. Mustafa Kamal Ökəm isə Türkiyənin İsraildəki səfiri vəzifəsinə təyinat alıb. O, dekabrın 12-də etimadnaməsini İsrail prezidenti Reuven Rivlinə təqdim edəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar