Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
15-11-2025
BÜTÜN XƏBƏRLƏR

Hindistan 2 milyon insanı deportasiya edə bilər

Tarix: 31-08-2019 11:11     Baxış: 3238 A- / A+
Hindistan 2 milyon insanı deportasiya edə bilər


Hindistanın şimal-şərqindəki Assam ştatında yaşayan 1.9 milyon insan Banqladeşə deportasiya edilə bilər.

Manevr.az xəbər verir ki, bu barədə NDTV informasiya yayıb.

Telekanalın məlumatına görə, sözügedən şəxslərin adları yerli hakimiyyət orqanlarının hazırladığı vətəndaşların milli reyestrindən yoxa çıxıb.

Sözügedən siyahıda 24 mart 1971-ci ilə - Banqladeşin müstəqilliyini əldə etməsinə qədər regionda məskunlaşmış insanların adları yer alıb. 35 milyon insanın yaşadığı Assam ştatının rəhbərliyi regiondakı miqrantların sayını dəqiqləşdirə bilmək üçün əhalinin yenidən qeydiyyatını aparıb.

Qeyd edək ki, Hindistan hökuməti vətəndaşlığını təsdiqləyə bilməyən insanlar üçün məhkəməyə müraciət hüququ tanıyıb və hüquqi proseslər tam başa çatmadan hər hansı addım atılmayacağına zəmanət verib. Bununla yanaşı hind köklərini təsdiqləyə bilməyən şəxslərin qonşu ölkəyə deportasiyası məsələsi də istisna edilməyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar