Xəbər lenti
Nişan üzüyünü bəyənmədi, sevgilisini sosial şəbəkədə biabır etdi
"Reddit" istifadəçiləri "pis" nişan üzüyünə görə sevgilisindən şikayətlənən qızın paylaşımına şərh yazıblar.
Rusiya saytlarının yazdığına görə, qız nişanlısının toyqabağı hədiyyəsini bəyənməyib.
O, paylaşımında sevgilisi ilə səkkiz ildir tanış olduğunu bildirib. Üç ildir ki, oğlan ona evlənmək təklif edib. Bu müddət ərzində o, pul yığaraq, qıza xırda brilyant qaşla bəzədilmiş nazik üzük ala bilib.
Qız üzüyün şəklini istifadəçilərlə bölüşüb və yazıb: "Desəm ki, bu balaca, eybəcər üzük mənə lazım deyil, çox pis səslənər və mən tamahkar bir adam kimi davranmış olaram?"
Maraqlıdır ki, şərhlərdə daha çox qıza dəstək veriblər. Bildiriblər ki, sevdikləri şəxsdən bu cür hədiyyə almaqla özlərini alçaldılmış sayardılar.
Bununla belə, bədbəxt nişanlının "tərəfində olan" və qızı xırdaçı hesab edənlər də tapılıb.
Ən maraqlı şərhi isə Tater-Tot_917 adlı istifadəçi yazıb: "Şəxsən mənə elə gəlir, üzüyü kimin taxması onun necə görünməsindən daha vacibdir".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar