Xəbər lenti
Dünya əhalisinin dörddəbir hissəsi ölümlə üz-üzə...
Dünya əhalisinin təqribən dörddəbir hissəsi su qıtlığının yüksək həddə çatdığı 17 ölkədə yaşayır.
Manevr.az xəbər verir ki, bu barədə məlumatı Dünya Resursları İnstitutu (WRI) yayıb.
Su qıtlığından ən çox əziyyət çəkən ölkələr bunlardır: Qətər, İsrail, Livan, İran, İordaniya, Liviya, Küveyt, Səudiyyə Ərəbistanı, Eritreya, BƏƏ, San-Marino, Bəhreyn, Hindistan, Pakistan, Türkmənistan, Oman və Botsvana. Bu ölkələr Yaxın Şərqdə və Şimali Afrikada yerləşir.
Bu siyahıda 13-cü yeri tutan Hindistanın əhalisi qalan 16 ölkənin hamısının əhalisindən 3 dəfə çoxdur.
Dünya Resursları İnstitutunun məlumatında deyilir: “Su qıtlığından daha çox əziyyət çəkən 17 ölkədə kənd təsərrüfatı və sənaye sahələri, habelə bələdiyyələr istifadədə olan səth və yeraltı suların ildə orta hesabla 80 faizini istehlak edir”.
WRI-nın baş direktoru Endrü Stir deyib: “Su qıtlığı ən böyük böhrandır. Onun barəsində heç kəs danışmaq istəmir. Su qıtlığının nəticələri ərzaq çatışmazlığı, münaqişə və miqrasiyalar, habelə maliyyə sabitliyinin pozulması şəklində təzahür edir”.
Hətta su qıtlığının aşağı olduğu ölkələrdə də qaynar nöqtələr var. ABŞ-ın bu siyahıda 71-ci yeri tutmasına baxmayaraq, Nyu-Meksiko ştatı BƏƏ ilə eyni səviyyədə su qıtlığı ilə üzləşir.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar