Xəbər lenti
İslam Kərimovu əvəzləyən prezident seçilir

Bu gün Özbəkistanda prezident seçkiləri keçirilir.
“Qafqazinfo” Lenta.ru-ya istinadən xəbər verir ki, seçki məntəqələri səhər saat 6:00-da açılıb, axşam 18.00-da bağlanacaq.
Ölkədə 9381 seçki məntəqəsi yaradılıb. Bu gün 21 milyon 435 min seçici səs verməlidir.
Prezident seçkilərində Özbəkistan Xalq-Demokratik Partiyasının nümayəndəsi Xatamcon Ketmanov, “Ədalət” Sosial-Demokrat Partiyasının təmsilçisi Nəriman Umarov, “Milli Dirçəliş” Demokratik Partiyasının nümayəndəsi Sarvar Atamuradov və Liberal-Demokrat Partiyasının təmsilçisi, Özbəkistan Prezidentinin səlahiyyətlərini icra edən Şavkat Mirziyayev namizəddir.
Özbəkistanda növbədənkənar seçkilər ölkə Konstitusiyasına uyğun olaraq prezident İslam Kərimovun 2016-cı ilin sentyabrında 79 yaşında vəfatı ilə əlaqədar keçirilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































