Xəbər lenti
Tramp Türkiyəyə səfərə gəlir – Ərdoğan açıqladı
ABŞ prezidenti Donald Tramp cari ilin iyul ayında Türkiyəyə səfər edə bilər.
“Hurriyet” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiyanın “Nikkey” qəzetinə müsahibəsində bildirib.
“Fikrimcə, ABŞ prezidenti Trampla “Böyük-20”liyin zirvə toplantısında görüşüm ikitərəfli münasibətlərdə dirənmiş məsələləri və əməkdaşlığımızı gücləndirməyimiz üçün vacib rol oynaya bilər. Hazırda Trampın Türkiyəyə səfəri müzakirə olunur”, - deyə o vurğulayıb.
Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Türkiyəni “F-35” qırıcıları ilə bağlı layihədən uzaqlaşdırması ilə bağlı məsələyə də münasibət bildirib: “Biz “F-35”lə bağlı 1,25 milyard dollar ödəmişik. Əgər onlar doğru olmayan bu addımı atsalar, onda biz xərclədiyimiz məbləği geri qaytarmaq üçün beynəlxalq məhkəməyə müraciət edəcəyik”.
Qeyd edək ki, iyunun 28-29-da Yaponiyanın Osaka şəhərində “Böyük-20”liyin (“G-20”) sammiti keçiriləcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar