Xəbər lenti
Rusiya bu ölkəyə hücuma keçəcək - DƏHŞƏTLİ SSENARİ
"ABŞ casus pilotsuz uçuş aparatlarını və canlı qüvvəsini Polşaya yerləşdirsə, Rusiya bu ölkəyə qarşı hücuma keçə bilər".
Manevr.az publika.az-a istinadla xəbər verir ki, bunu Rusiya Parlamentinin Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədr köməkçisi Vladimir Cabbarov deyib.
Cabbarov məsələ ilə bağlı Ağ Evə xəbərdarlıq edib. Bildirib ki, Polşanın ABŞ əsgərlərini öz torpaqlarına dəvət etməsi ciddi nəticələr doğuracaq. Bir anlaşmazlıq və ya böhran halında Rusiya dərhal Polşaya müdaxilə edəcək.
"Bu vəziyyət bizi narahat edir. Təbii ki, bu hal Rusiyanın təhlükəsizliyini təhdid edir. Tanrı göstərməsin, amma hər hansı problem çıxarsa, anidən bizə qarşı hücum olarsa, Polşa torpaqlarına qarşı hücuma keçəcəyimiz açıqdır".
Sədr köməkçisi qeyd edib ki, Varşavanın ABŞ qüvvəsinə ehtiyac duyması müstəqil ölkə olmağa öyrəşməməsindən irəli gəlir: "İkinci Dünya Müharibəsindən sonra polşalılar Varşava Paktı və hamısından da öncə SSRİ-nin təsirində qaldılar. Buraya ittifaqın silahları, hərbi maşınları və qüvvələri yerləşdirildi. Biz buradan getdikdən sonra Polşa yavaş-yavaş NATO-nun damının altına doğru sürüşdü. İndi də xarici qüvvələrin torpaqlarında olmasına çalışırlar. Bütün bunlar mənə polşalıların macəra axtarışına girişdiyini düşünməyə əsas verir".
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Polşanın dövlət başçısı Andrey Duda ilə razılığa gəlib. Anlaşmaya əsasən ABŞ min əsgərini Polşaya göndərəcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar