Xəbər lenti
"Yanukoviç hadisələr qarşısında qorxdu. Halbuki Ərdoğan kimi davrana bilərdi" - Rusiyalı politoloq

Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov keçmiş Ukrayna prezidenti Viktor Yanukoviçin Ərdoğan qədər çevriliş cəhdinə qarşı qarşı dik dayanmadığını deyib.
Avropa.info xəbər verir ki, Markov Yanukoviçin 2014-ci ildə Kiyevdə yaşanan çevriliş cəhdinin qarşısını almaq əvəzinə qorxaq davrandığını deyib.
“Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan kimi dik dayanması lazım idi. Bunu etsəydi Ukrayna bu hala gəlməzdi. Yanukoviç hadisələr qarşısında qorxdu. Halbuki Ərdoğan kimi davrana bilərdi. Amma edə bilmədi.
Onlar Yanukoviçə nifrət edirdi. Yanukoviç asayişi qorumaq üçün Berkut xüsusi polisi qurupuna təlimat verə bilərdi. Bunu da etmədi. Bunu edəcək gücdə idi , üstəlik bir həftə içində ölkənin idarəçiliyini əlinə ala bilərdi, amma etmədi. Nəticə olaraq Yanukoviçi devirdilər” - Markov qeyd edib.
Xatırladaq ki, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov prezident Putinin ən yaxın adamlarından və Kremlin ideoloqlarından hesab olunur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar