Xəbər lenti
İranlı nazir Azərbaycan xalqından üzr istədi

İranın yol və şəhərsalma naziri Abbas Axundi dörd gün əvvəl Simnan əyalətində iki sərnişin qatarının toqqoşması ilə bağlı jurnalistlər qarşısına çıxaraq, xalqa müraciət edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, müraciətdə deyilir: “Təbriz-Məşhəd qatarında baş vermiş hadisə hər birimizə təsir edib. Bu hadisə nəticəsində yaxınlarını itirən hər kəsə başsağlığı verir, bu olaydan təəssüfləndiyimi bildirirəm.
Baş vermiş bu hadisə mənim nəzarətimdə olan sahəyə aid olduğuna görə hadisə nəticəsində öz yaxınlarını itirmiş azərbaycanlılardan, o cümlədən də Təbriz, Üskü, Azərşəhr, Mərənd, Marağa və Xoy şəhərlərinin əhalisindən üzr istəyirəm”.
Qeyd edək ki, hadisə zamanı ən azı 48 nəfər həlak olub, 90-dan artıq adam yaralanıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar