Xəbər lenti
ABŞ-da müsəlmanları hədələdilər

ABŞ-ın mühüm müsəlman qeyri-hökumət təşkilatı olan Amerika-İslam Əlaqələri Şurası, Kaliforniya əyalətində üç məscidə İslamofobik və irqi məzmunlu məktublar göndərildiyini açıqlayıb.
Manevr.az xəbər verir ki, verilən açıqlamada, məktublarda Donald Trampın tərifləndiyi, müsəlmanlara qarşı isə ağır təhqir və hədə-qorxu dolu ifadələrin işlədildiyi qeyd olunub.
“Long Beach”, “Claremont” və “San Jose” məscidlərinə göndərilən məktublarda alıcı hissəyə “Şeytanın uşaqları” yazıldığı və müsəlmanların “alçaq və pis məxluqlar” adlandırıldığı bildirilib.
Məktublarda həmçinin, “Hesab gününüz gəldi. Qəsəbənin yeni polis rəisi Donald Tramp Amerikanı təmizləmə işlərinə siz müsəlmanlardan başlayacaq, Hitlerin yəhudilərə qarşı etdiyini Tramp siz müsəlmanlara qarşı edəcəkdir” ifadələri yazılıb.
Şura baş verənlərdən sonra polisi, bütün ölkədə məscidlərdə təhlükəsizlik tədbirlərini artırmağa çağırıb. ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) 2015-ci ildə dərc etdiyi hesabatda, müsəlmanlara qarşı zorakılıq hadisələrinin bir il əvvələ nisbətən 67% artdığını açıqlamışdı. Digər hesabatda isə Trampın prezident seçilməsindən sonrakı bir həftəni əhatə edən müddət ərzində bütün ölkədə 700-dən artıq zorakılıq hadisəsinin baş verdiyi və bunun 51-nin islamofobik xarakter daşıdığı qeyd edilib.(A24.az)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar