Xəbər lenti
Dünyanı şoka salan olay - Uçqun altında qalan şəxs 17 il sonra sağ tapıldı/FOTOLAR
1997-ci ildə daş kömür şaxtasında baş verən uçqun zamanı orada qalan şaxtaçılardan biri torpağın altından sağ tapılıb.
Manevr.az xəbər verir ki, 1997-ci ildə ÇXR-in Çinçzyan əyalətində 7,8 bal gücündə baş verən zəlzələ nəticəsində kömür şaxtasının tunellərinin böyük bir hissəsi çöküb. 118 nəfər uçqun altında qalaraq həyatlarını itiriblər. Bu hadisədən sonra şaxta uzun müddət bağlanıb.
17 il keçəndən sonra təbii ehtiyatı yenidən çıxarmaq qərarına gəliblər. Köhnə şaxtada təmizləmə işləri aparan şaxtaçılar gözlərinə inanmayıblar. Onlar torpağın altından canlı insan tapıblar.
Tapılan şəxs 59 yaşlı şaxtaçı Çan Bey olub. O çox açınacaqlı vəziyətdə aşkarlanıb. Fiziki və psixoloji durumunu müəyyən etmək üçün onu klinikaya yerləşdiriblər.
Uçqun altında onun uzun illər sağ qalmasına səbəb ventilyasiya kanalının qismən açıq olması və şaxtada qəza vəziyyətləri üçün nəzərdə tutulmuş düyü və su ehtiyatının olması olub.
Çan Bey onu xilas edəcəklərindən ümidini üzəndən sonra bu ehtiyatlardan qənaətlə istifadə edərək 17 il yaşaya bilib.
O hərdənbir tapdığı siçovul və mamırla qida rasionunu vitaminlə təmin edə bilib.
Xəbərə görə, bu hadisə insanın torpaq altda qaldığı ən uzun müddət kimi rekordlar kitabına düşüb.
Qeyd edək ki, bu hekayətin qondarma olması ilə bağlı iddialar da var. Bəziləri hətta foto şəkillərin şaxtaçıya aid olmadığını, İkinci Dünya Muharibəsi vaxtı Yaponiyada çəkildiyini iddia edirlər.BakıPost.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar