Sizin Reklam Burada
Xəbər lenti
15-09-2026
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Saakaşvilinin tərəfdarları Kiyevdə aksiya keçirir

Tarix: 27-11-2016 17:48     Baxış: 3489 A- / A+
 Saakaşvilinin tərəfdarları Kiyevdə aksiya keçirir


Mixail Saakaşvili və onun bir neçə yüz tərəfdarı Kiyevin mərkəzində, Vyaçeslav Çernovolun abidəsi yaxınlığında aksiya keçirir.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, “Hazırkı Radanın son qışı!” şüarı ilə keçirilən aksiyada keçirilən aksiyada Ukraynada yeni Seçki Məcəlləsi əsasında, yeni tərkibdə Mərkəzi Seçki Komissiyası vasitəsi ilə təcili növbədənkənar parlament seçkilərinin keçirilməsi tələb edilir.

Aksiyaçılar deputat toxunulmazlığının da ləğv edilməsini istəyirlər. M. Saakaşvili aksiyada çıxışında deyib ki, Ukraynanı böyük dövlətə çevirməyin yolunu bilir və birlikdə bu arzunu həyata keçirəcəklər: “Biz qalib gələcəyik və Ukraynanın zənginliklərini və ölkənin potensialına inamı xalqa qaytaracağıq. Biz tək yeni siyasi qüvvə yox, həm də yeni siyasi sinif yaradacağıq”.

Qeyd edək ki, Ukraynanın sabiq prezidenti M. Saakaşvili noyabrın əvvəlində bu ilin mayında təyin edildiyi Odessa qubernatoru vəzifəsindən istefa verib. M. Saakaşvili Ukrayna prezidenti də daxil olmaqla, ölkə rəhbərliyini korrupsiyada, şəxsi mənfəətlər güdməkdə ittiham edib. Qanunverici orqan olan Ali Radaya yeni seçkilərin keçirilməsi və hökumətin dəyişməsini qarşıya məqsəd qoyan M. Saakaşvili yeni siyasi hərəkat yaratdığını da bəyan edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar