Xəbər lenti
“O, tarixin gedişinə təsir edirdi” - Kosaçev

Fidel Kastronun ölümü Kuba xalqı, eləcə də bütün insanlıq üçün itkidir.
Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Konstantin Kosaçev deyib.
“Onun ölümü Kuba xalqı, eləcə də bütün insanlıq üçün itkidir. O, mübaliğəsiz olaraq dünyanın ən böyük insanlarından biri idi və həqiqətən də dünya tarixinin gedişinə təsir edirdi”, - komitə sədri deyib.
Kosaçevin sözlərinə görə, Kastro əbədi olaraq insanlıq tarixinə həkk olunacaq: “O öz həyatını vətəninə, millətinə və ideyalarına xidmət etmək üçün qurban verdi. Mərdlik, dürüstlük və iradə - bunlar Fidelin xarakterinin əsas faktoru idi”.
Qeyd edək ki, Kuba inqilabının lideri Fidel Kastro dünən 90 yaşında vəfat edib. Onun vəfatı haqda qardaşı Raul Kastro dövlət televiziyası ilə məlumat verib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar