Xəbər lenti
Rus telekanallarında anti-Ermənistan təbliğatı – Yeni böhran
“Rusiya telekanallarında anti-Ermənistan təbliğatı yoxdur”.
Manevr.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.
“Rusiya tele-məkanında fərqli şərhlər ola bilər, amma ümumi mənzərənin Ermənistanın əleyhinə olduğunu düşünmürəm”, - deyə rus diplomat qeyd edib.
Ermənistanda iqtidarda olan “Mənim Addımım” blokunun deputatı Narina Tuxinyan isə “Mir”, “Rossiya”, “Kanal 1” kimi telekanallarda Ermənistan əleyhinə təbliğat aparıldığını bildirib.
O, bununla bağlı sual da ünvanlayıb: “Ümumiyyətlə, ermənilərə nifrət aşılayan, ermənilər əleyhinə təbliğat aparan proqramların yayımını dayandırmaq mümkündürmü?”
Buna cavab olaraq, Ermənistanın Milli Televiziya və Radio Şirkətlərinin rəhbəri Tiqran Akopyan rəhbərlik etdiyi qurumun 2018-ci il üzrə yayım hesabatını təqdim edib.
Akopyan hesabatında il ərzində Rusiya telekanallarında ermənilər əleyhinə irqçi çağırışların edildiyinə yer verib. Hesabatda Rusiyada fəaliyyət göstərən “RTR”, “Kultura”, “Kanal 1” və “Mir” kimi nüfuzlu telekanallar Ermənistan əleyhinə təbliğat aparmaqda ittiham edilib.
Ermənistan Baş naziri Nikol Paşinyan isə ölkə ərazilərində rus telekanallarının yayımının məhdudlaşdırılması çağırışını edib.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar