Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Seyran Ohanyanı cinayətkar adlandırdılar

Tarix: 24-11-2016 21:43     Baxış: 4471 A- / A+
Seyran Ohanyanı cinayətkar


Ermənistanda müxtəlif səbəblərdən orduda övladları həlak olan hərbçilərin valideynlərinin etirazı daha geniş xarakter alır.

Manevr.az saytı Ermənistan mediasına istinadən xəbər verir ki, noyanbrın 24-də övladları döyüş şəraitində ölən hərbçilərin anaları Nazirlər Kabinetinin binası önündə aksiya keçiriblər.


Onların fikrincə, hərbi xidmət zamanı ölən, yaxud yaralanan hərbçilərin ailələrinə yardım fonduna işləyən hər kəsin əmək haqqından ayda tutulacaq 1000 dram (2 dollara yaxın) bu məqsədlə istifadə olunmayacaq.

“Görün, nə baş verir? Yoxsul xalqdan 1000 dram yığmaqdansa, oğurladıqlarını qaytarsınlar. Onlar bu vəsaiti də sovuracaqlar. Deyəcəklər ki, əsgər sərhəddə intihar edib, bunu bəhanə edib həmin vəsaiti mənimsəyəcəklər”, - 2010-cu ildə oğlu Artur Qazaryan Qarabağda ölən əsgərin anası deyib.

Onun sözlərinə görə, Ermənistanın baş prokuroru Artur Davtyan ölən əsgərlərin valideyinlərinin hər biri ilə ayrılıqda görüşməyə söz versə də, buna əməl etmir.

“Məgər Davytan mənim oğlumun hansı şəraitdə ölməsindən xəbəri yoxdur? Orada hər şeyi bilirlər. Unutmasınlar, nə qədər ki sağam, oğlumun ölümünə görə qisas almağa çalışacağam. Onun qanı bunların əlindən silinməyəcək. Onların nə etməsindən asılı olmayaraq, axıra qədər gedəcəyəm”, - Qazaryan vurğulayıb.

O, aksiya zamanı baş prokurorun müavini Armen Arutyunyanın hökumətin binasından çıxdığını görüb yaxınlaşmaq istəyib. Ancaq təhlükəsizlik xidmətinin əməkdaşı buna imkan verməyib.

Bununla da kifayətlənməyən həmin əməkdaş Qazaryanın oğlunun fotosunu əlundən çəkərək cırıb və yerə atıb.
“Mənim oğlumu kimin öldürdüyünü bilməyə haqqım yoxdur?”, - erməni qadın deyib.

“20 il ərzində dinc şəraitdə orduda nə qədər ölən olub, bu işlərin hamısının üstü açılacaq. Bunlar zəncirvari cinayətkarlardır – müdafiə naziri və baş prokuror”, - bunu isə dinc şəraitdə orduda ölən hərbçi Arman Muradyanın atası Ovsep Muradyan bəyan edib.

O, qeyd edib ki, keçmiş müdafiə naziri Seyran Ohanyan da cinayətkardır.

Ohanyanın müxalif mövqedən çıxış etmək niyyətinə gəldikdə, Ovsep Muradyan deyib ki, bu oyundur: “Seyran Ohanyan heç vaxt müxalifətçi ola bilməz. Çünki hakimiyyət Ohanyanın “quyruğundan” yapışıb, onu istədikləri kimi fırladacaqlar. Bu yalnız xalqın gözünə kül üfürmək olacaq”, - Muradyan bildirib.(Modern.az)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar