Sizin Reklam Burada
Xəbər lenti
25-12-2025
BÜTÜN XƏBƏRLƏR

Obama 2 hind quşunu əfv etdi -FOTO

Tarix: 24-11-2016 14:43     Baxış: 3476 A- / A+
Obama 2 hind quşunu əfv etdi

Barak Obama ABŞ prezidenti kimi sonuncu dəfə Ağ Evdə Şükranlıq bayramı münasibətilə təşkil edilən ənənəvi mərasimdə hind quşunu əfv edib.

Manevr.az xəbər verir ki, adətən bu mərasimə qızları Malia və Saşa ilə qatılan Obama bu dəfə qardaşı oğlu Austin və Aaron Robinsonu da özü ilə aparıb.

Obama prezidentliyi dövründə ona dəstək olan amerikalılara təşəkkür edib: “8 il ərzində mənə etimad göstərən, ailəmlə nəzakətlə davranan Amerika xalqına təşəkkür etməyi özümə borc bilirəm”.

Çıxışından sonra Obama 18 kq ağırlığında “Tater” və “Tot” adlı iki hind quşunu əfv edib.
Bağışlanan quşlar Virciniya əyalətindəki kəndlərdən birinə göndərilib.

Qeyd edək ki, ABŞ-da hər il noyabr ayının sonuncu cümə axşamı Şükranlıq Günü bayramı kimi qeyd olunur. Ağ Evdə hind quşunun bağışlanması ənənəsi Kennedinin prezidentliyi dövründən - 1963-cü ildən bəri davam edir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar