Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Putin millətin əbədi lideri olacaq – Nazarbayev ssenarisi

Tarix: 21-03-2019 17:35     Baxış: 2404 A- / A+
Putin millətin əbədi lideri olacaq – Nazarbayev ssenarisi


Nursultan Nazarbayevin 78 yaşında Qazaxıstanın prezidentliyindən getməsi, eyni zamanda Qazaxıstan Təhlükəsizlik Şurasının rəhbəri və "millətin ömürlük lideri" kimi əsas səlahiyyətləri əlində saxlaması, Kremldə Rusiya Prezidenti Vladimir Putinin gələcək taleyinə nümunə olaraq qəbul edilir.


Bu barədə “Blumberq” agentliyi Kremlə yaxın mənbələrə istinadla informasiya yayıb.

Nəşrin məlumatına görə, Rusiyanın hakim elitasında bir çox şəxslər Putinin mümkün olduğu qədər uzun müddət hakimiyyətdə qalmasını istəyir. Bunun həyata keçirilməsi üçün müxtəlif ssenarilər mövcuddur. Bunlardan biri Belarusla birləşərək yeni bir dövlət yaratmaqdır. Bu yolla Putin konstitusiya məhdudiyyətlərindən azad olacaq və növbəti müddətə liderlik edə biləcək.

Kremlin siyasi məsləhətçisi, prezident administrasiyasının keçmiş əməkdaşı Andrey Kolyadin hazırda Rusiyada hakimiyyətin ötürülməsinin Qazaxıstan variantının geniş şəkildə müzakirə edildiyini bildirib.

“Nazarbayev ssenarisi hakimiyyətin ötürülməsindən sonra belə varisinə təsir edə biləcək bir arbitr görmək istəyən siyasi elitanı qane edə bilər”, - ekspert bildirib.

Politoloqların fikrincə, bu cür ssenaridə Putin bəzi əsas səlahiyyətləri özünün rəhbərlik etdiyi Təhlükəsizlik Şurası və Dövlət Şurasına ötürə bilər. Beləliklə, Kremldən getsə belə, həmin qurumlara rəhbərliyi öz əlində saxlayacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar