Xəbər lenti
"Ərdoğan ona aşiq olacaq" - Rusiyalı qadın deputat
“Rəcəb Tayyib Ərdoğan Krıma gələrsə, şübhəsiz, oraya aşiq olacaq. Krım elə bir yerdir ki, ona aşiq olmamaq mümkün deyil”.
Manevr.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dümasının millət vəkili və Krımın sabiq baş prokuroru Natalya Poklonskaya deyib.
Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarını Krımda inşa edilən yeni məscidin açılışına dəvəti haqqında danışan millət vəkili bildirib ki, onlar Ərdoğanın dəvətə cavabını gözləyirlər:
“Putin türkiyəli həmkarını yeni məscidin açılışına dəvət etdi. Artıq onun cavabını gözləyirik. Ancaq əgər Ərdoğan Krıma gələrsə, bura aşiq olacaq. İnsanlar buranı çox sevir, çünki cənnətdən bir parçadır. Tapmaq istədiyin hər şeyi Krımda tapa bilərsən. Türkiyə prezidenti Krımımızı sevəcək. Evində, vətənində olmaqdan xoşbəxtlik duyan krımlıları gözləri ilə görəcək. Krım sevgisini ona da yoluxduracağıq. Krımlılarla birlikdə eyni sevinci paylaşacaq. Nəticədə, Türkiyə Krıma xüsusi maraq göstərir”.
Qeyd edək ki, Putin Ərdoğana göndərdiyi dəvətə müsbət cavab verildiyini deyib.
Məlumat üçün bildirək ki, Cümə məscidi Simferepolun cənubundakı bölgədə inşa edilir. Layihəyə görə məscid iki bölmədən ibarətdir: 28 metr hündürlükdə qübbəyə sahib əsas bina və sütunlu həyət. Məsciddə hər biri 50 metr hündürlükdə olan 4 minarə var. Ümum olaraq isə 3 bina və kürsüdən ibarətdir.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar