Xəbər lenti
Ermənistan nüvə silahı yarada bilər - ŞOK İDDİA

Rusiyanın Ermənistanda yerləşdirdiyi “İsgəndər” raketləri nüvə silahıdır. Bu fakt onu düşünməyə əsas verir ki, Ermənistan nüvə silahının yaradılması imkanlarını artıra bilər.
Bu fikirlər Corctaun universitetinin münaqişələrin nizamlanması üzrə magistri Sebastyen Roblinin ABŞ-ın nüfuzlu “The National Interest” jurnalında dərc olunan məqaləsində yer alıb.
Məqalədə qeyd olunur ki, “İsgəndər” raket kompleksləri nüvə başlığı daşıya bilər: "Və məhz bu fakt nə qədər absurd səslənsə də, 3 milyon əhalisi olan ölkənin nüvə silahını yaratmaq imkanını ortaya çıxarır".
Məqalə müəllifi Ermənistanda Metsamor AES-in fəaliyyət göstərdiyini və burada nüvə sahəsində ixtisaslaşmış insanların çalışdığını da qeyd edir: "Düşünmək olar ki, Ermənistan radioaktiv “çirkli bombalar yarada və onları “İsgəndər”lər vasitəsilə istifadə edə bilər. Bu isə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaxşı heç nə vəd etmir".(Trend)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar