Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

İraqda SOS: “Bir azdan insan əti yeyəcəyik”

Tarix: 21-11-2016 20:25     Baxış: 5454 A- / A+
İraqda SOS:


ABŞ başda olmaqla koalisiya qüvvələrinin Mosulu İŞİD-dən təmizləmə əməliyyatı şəhərdə əsil humanitar fəlakətə səbəb olub.

Publika.az xəbər verir ki, indiyə qədər 100 minə yaxın mülki vətəndaş evlərini tərk etmək məcburiyyətində qalıb.

Şimali İraq Kürd Muxtariyyətinə yaxın olan “Rudav” nəşri silahlı toqquşmaların daha çox olduğu şəhərətrafı məhəllələrdə böyük qıtlığın yaşandığı haqda xəbər yayıb.

Sədam məhəlləsi olaraq tanınan Zəhra məhəlləsindəki evlərdə çörək qalmayıb, ərzaq tükənib. Sakinlər qorxu içindədir.

Nəşrə danışan bir iraqlı bildirib ki, qısa müddətdə kömək gəlməsə, bir-birimizin ətini yeyəcəyik: “Vəziyyət çox pisdir. Ən qısa zamanda yardım edilməsə, insan əti yeməyə məcbur olacağıq”.

Digər bir problem isə atışmalar zamanı ölənlərin cəsədlərinin basdırılmamasıdır. Buna səbəb qəbiristanlıqların İŞİD-in nəzarətində olmasıdır.

Tahrir Məhəlləsindəki bir kişi danışır: “Evimin önündə bir İŞİD-çi öldürülmüşdü. Üzərində o qədər partlayıcı və bomba var idi ki, qorxudan yaxınlaşa bilmədim. Cəsəd elə də qaldı. İtlər gəlib bir hissəsini yedi”.

50 yaşlı Firasın evinə bomba düşüb, nəticədə həyat yoldaşı və qızı həlak olub. O, məcburiyyətdə qalaraq cəsədləri evin bağçasında basdırıb.

Qeyd edək ki, Mosulda hələ də xilas edilməyi gözləyən 1 milyon insan var.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar