Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qəddafinin sarışın tibb bacısı - "O, bizə sərvət verirdi"

Tarix: 21-11-2016 16:38     Baxış: 5535 A- / A+
Qəddafinin sarışın tibb bacısı

2011-ci ildə- Liviyada başlanan xalq üsyanının pik vaxtlarında diktator Qəddafinin şəxsi tibb bacılarından biri ukraynalı Oksana Bolınskayanın qəfil yoxa çıxması hamının marağına səbəb oldu. Lakin 2011-ci ilin payızında Qəddafinin xalq tərəfindən zərərsizləşdirilməsindən sonra sular nisbətən duruldu. Liviyadan vətəninə qaçan 25 yaşlı tibb bacısı məhz bu hadisələrdən sonra nüfuzlu mətbu orqanlara müsahibə verdi. O, müsahibə verərkən Qəddafi hələ xalq tərəfindən linç edilməmişdi, ölməmək üçün insanlardan gizlənirdi.

Bu ərəfədə sarışın tibb bacısının müsahibəsində Qəddafi barəsində dedikləri heyrətlə qarşılandı.

Manevr.az xəbər verir ki, iki il Qəddafinin yanında işləyən, hər gün onun təzyiqini ölçən və vitaminlərlə təmin edən tibb bacısı sabiq diktatoru müsbət insan kimi bildiyini və ona başqa tibb bacıları ilə birgə “ata” deyərək müraciət etdiyini qeyd edib. Oksananın sözlərinə görə Qəddafinin qəsrində yaşayan tibb bacıları və həkim heyəti onun və ailəsinin sağlamlığına cavabdeh idi. Onlar çox sadə geyinməli, qadınlarsa, diqqət çəkən heç nədən-hətta sadə makiyajdan belə istifadə etməməli idilər. Qəddafini hər dəfə müayinə edəndə yanında çoxlu adamın olduğunu deyən gənc ukraynalı qız diktatorla nadir hallarda danışdıqlarını bildirib. Amma Qəddafi hər dəfə onların problemləri, maddi durumları ilə maraqlanar və çatışmazlıqları həmən aradan qaldırarmış. Oksana Qəddafinin onlara az qala, sərvət verdiklərini də gizləmir. Sabiq lider hakimiyyətə gəldiyi gün ətrafındakı insanlarla bərabər, tibb bacılarına da bahalı hədiyyələr verirmiş.

Qeyd edək ki, məşhur Vikiliks sənədlərində Qəddafi ilə adı hallanan Oksana bu iddiaların hamısını rədd edib. O, nə özünün, nə də özündən başqa 5 ukraynalı tibb bacısının Qəddafi ilə heç bir yaxın münasibətdə olmadığını bildirib.(Moderator.az)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar