Xəbər lenti
Putin yenə həmin silahlardan danışdı
Bu gün Rusiya prezidenti Vladimir Putin Federal məclis qarşısında ənənəvi illik proqram çıxışını edib.
Putinin çıxışının əsas hissəsi sosial-iqtisadi problemlərə və onların həlli yollarına yönəlib. Ekspertlər bunu təsadüfi saymırlar və Putinin reytinqinin xeyli aşağı düşməsi ilə əlaqədar onun bilavasitə insanları maraqlandıran məsələlərdən danışmalı olduğunu qeyd edirlər. Bununla belə Putin silahlardan və silahlanmadan, Qərblə qarşıdurmadan da danışıb. Ötən ilin martında ilk dəfə elan etdiyi super silahlardan yenə bəhs edib.
"Hələ bu yaxınlara qədər çoxlarına elə gəlirdi ki, Rusiya müdafiə sahəsində dönüş edə bilməz. Lakin biz bunu etdik, o cümlədən tamamilə gənc insanların sayəsində”-Putin deyib.
O bildirib ki, super silahların necə hazırlanmasına dair detalları bilir. "Məsələn, hipersəs sürətli "Avanqard” döyüş blokunun yaradılması öz əhəmiyyətinə görə Yerin ilk süni peykinin kosmosa buraxılması hadisəsi ilə müqayisə oluna bilər”-Rusiya prezidenti bildirib. Əlavə edib ki, "Avanqard” raketləri ilə silahlanmış ilk polk artıq bu il döyüş növbəsinə dayanacaq. Çünki bu raketlərin seriya istehsalı artıq başlayıb.
"Avanqard” qanadlı döyüş bloku 27 Max sürətlə hərəkət edə bilir və təqdimata əsasən nə indi, nə perspektivdə heç bir raketdən müdafiə sistemi onu "tuta” bilməz.
Putinin sözlərinə görə, daha bir yenilik sürətli 9 Max-dan çox olan "Tsirkon” hipersəs raketidir ki, o 1000 kilometrə qədər uça bilir. Yerüstü və suüstü platformalardan tətbiq edilə bilər.
"Bununla bağlı mühüm məqamı qeyd etmək istəyirəm-artıq bu ilin yazında "Poseydon” kompleksinin daşıyıcısı olan ilk sualtı qayıq suya buraxılacaq. İşlər plan üzrə gedir”-o qeyd edib.
"Poseydon” sualtı pilotsuz aparatı barədə də Putin ilk dəfə ötən ilin martında elan edib. Bu, okeanın 1 kilometrdən də çox dərinliyində saatda 200 kilometr sürətlə qeyri-məhdud məsafəyə hərəkət edə bilən, nüvə yanacağı ilə işləyən mühərriklə təchiz edilmiş və nüvə başlığı daşıyan supertorpedodur. Hansı ki, bu silaha qarşı heç bir müdafiə imkanı yoxdur və qərbdə onu "Qiyamət günü” silahı adlandırıblar.
Putin onu da deyib ki, "Sarmat” qitələrarası raketinin, "Peresvet” lazer silahının və "Kinjal” raketinin də döyüş sınaqları aparılır. Onun sözlərinə görə, Rusiya təhdid yaranarsa nəinki raket qurğularının olduğu ölkələri, eləcə də qərar qəbul edilən mərkəzləri hədəf alacaq. (virtualaz.org)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar