Xəbər lenti
Erməni prezidentlərin qorxulu yuxusu
Ermənistanda Serj Sarkisyana qarşı aksiya
Biri həbsdə, ikisi isə sorğu-sualda
Ermənistanın keçmiş prezidentlərindən biri artıq həbsxanada öz məhkəməsini gözləyir. İkisi isə Soros-un adamları tərəfindən sorğu-sual edilirlər. Ermənistanda SS adlandırılan Xüsusi İstintaq Komitəsi şahid qismində birinci prezidenti Levon Ter Petrosyanı hələlik sorğu-sual edib. Mövzu isə insan təlafatı il nəticələnən 2008-ci ilin 1 mart hadisələri olub.
Üçüncü dövlət başçısı Serj Sarkisyan da ifadə verib. Amma yalnız bu işlə bağlı yox. “Jamanak”ın məlumatına görə, bu Sarkisyanın artıq ikinci sorğusudur. O, iki saatdan çox dindirilib.
Yerli mətbuatın məlumatına görə, istintaqın ona və ailəsinə sualı çoxdur. Bu günlərdə onun doğma qardaşı olan Aleksandr Sarkisyan ölkə büdcəsinə 18,5 milyon dollar qaytarıb. Aydındır ki, bu iri məbləği o maaşla qazanmayıb. Ona qarşı da cinayət işi açılıb. Yerli nəşrlər Sarkisyan ifadəsində Koçaryanın əleyhinə danışdığını da qeyd edilrə.
Daha öncə Ermənistandakı Soros fondunun direktorlar şurasının rəhbərinin çox yaxın qohumu olan SS rəhbəri Sasun Xaçaturyan bildirib ki, yenidən bütün vəzifəlilər sorğu-sual ediləcəklər. O cümlədən Sarkisyan. Keçmiş müdafiə naziri Seyrah Ohanyan və KTMT keçmiş rəhbəri Yuri Xaçaturova qarşı da cinayət işləri açılıb.
Qeyd edək ki, bütün bu adamlar Azərbaycan ərazilərinin işğalında çox fəal rol oynayıblar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar