Xəbər lenti
Məşhur milyarderin UĞUR FORMULU
İlon Mask günümüzün görkəmli dahisi və eruditidir (müxtəlif sahələrdə bilikləri olan şəxs). Unikal öyrənmək praktikası sayəsində o, bir çox uğurlara imza atıb. Uşaqlıq arzularından heç vaxt vaz keçməyən İlon müxtəlif sahələrdə (proqram təminatı, energetika, nəqliyyat və aerokosmos) milyardlarla dollar dəyərində bir neçə nəhəng şirkətin sahibidir.
Manevr.az bu yazıda oxucuları dünyanın ən dahi adamlarından biri hesab edilən İlon Maskın illər əvvəl gənclərə ünvanlandığı məktubu ilə tanış edir:
"Uşaqlıqda arzu edirdim ki, varlanıb Avropanın bütün şəhərlərini gəzəcəm. Amma Barselonanın mərkəzində olarkən, o anın xüsusiliyini hiss etmədim. Hər şey ardıcıllıqla, hətta məntiqi şəkildə baş verdi. Yolum kiçik kənddən başlandı və gözlənilməz bir şəkildə paytaxtda davam etdi. Bütün bunlar məndə ona görə alındı ki, arzulamaqdan qorxmurdum.
Məktəbi əla qiymətlərlə bitirmişdim. İmtahan göstəriciləri nüfuzlu bir universitetə qəbul olmağa imkan verdi. Proqramlaşdırma son dərəcədə asan idi. Hər bir profil imtahanı əla qiymətlə yekunlaşırdı. Müəllimlər razı idi, lakin mən şübhələnməyə başlamışdım. Uşaqlıq xəyallarım yox olurdu. Dünya səyahətinə dair düşünməyi dayandırmışdım. Bunun yerinə anketi doldurdum və ən yüksək əmək haqqı üçün gələcəyimi seçdim. Başa düşdüm ki, yanlış yoldayam və o yerdə olmaq istəmirəm.
Böyüdükcə sanki bizə "Xəyallarda uçma, real dünyada yaşa" deyirlər. Əslində, həqiqət bizi əhatə edən şey deyil. Reallığı biz özümüz yaradırıq. Düşüncə, hərəkətlər və ideyalar dünyanı qavramağa təsir edir. Dünya göründüyündən daha elastikdir. Onda lazım olan hər şey var. Bizə yalnız onu almaq qalır.
İstədiyiniz işi, istənilən yerdə görə biləcəyinizə və böyüdükdən sonra istədiyiniz peşə sahibi ola biləcəyinizə dair sizdə güclü inam hissi olub? Sonra isə bütün bunların yasaq olduğunu öyrənirik. Sizə böyüməli olduğunuzu, xəyallara son verməyi, daha ağılla hərəkət etməyi və qarşınıza çox yüksək hədəflər qoymamağı tapşırırlar.
Hər şey proqramçı kimi iş tapmaq xəyalı ilə başladı. 18 yaşındaydım. Sonra başa düşdüm ki, sabahkı uğurlar bu günün səylərinin nəticəsidir. Beləliklə, bacarıqları inkişaf etdirmək üçün üç ayımı sərf etdim. Qışda artıq öz məqsədimə çatdım. Mən çox ağıllı deyiləm, yalnız istədim və aldım.
Hər səhər daha yaxşı olmaq üçün şans verilir və onu əldən vermək ağılsızlıq olardı. İnsanların əksəriyyəti bütün həyatı boyu sadə intizamla əldə olunan nəyisə xəyal edir. Bəs, siz nəyin xəyalını qurursunuz? Bəlkə də yalnız bir addım atmaq lazımdır.
"Yadda saxlayın ki, təlaş və şübhələr yalnız hərəkət nəticəsində aradan qaldırılır, qaçırdılmış şans isə özünü ömür boyu xatırladacaq" - "Yaşadığınız anlar sayəsində" məqaləsindən.
Xəyal edin... Plankanız nə qədər yuxarıdırsa, siz bir o qədər yüksəkdə olacaqsınız. Xəyal qurmağı bacarmaq lazımdır. Xoşbəxtlik haqqında çox şey boynumuza qoyulur. Çünki öz arzularını və məqsədlərini tapmaq, hazırını almaqdan daha çətindir. Mən də bunu etdim və hələ də əvvəlcədən arzulanan görünən bəzi şeylərin maraqsız hala gəldiyini görə bilirəm. Ancaq uzun zamandır həyatımda mövcud olan hədəflərə hər gün daha artıq dəyər verirəm, çünki onlar gerçək arzulardır. Yuxudan duranda bu günü məhz belə yaşamaq istədiyini anlamaq qiymətsizdir. Həyatımız hər ötən dəqiqə daha da qısalır. Məgər o bizə xoşbəxtlik üçün verilmirmi?
Xəyal qurarkən indi ilə yaşamağı unutmayın. Con Lennon boşuna demirdi ki, həyat sən planlar qurarkən başına gələn hadisələrdir. Axı arzular məqsəd deyil, əksinə istinad nöqtələridir. Hər şey plana uyğun davam edərsə, yaşamaq dözülməz dərəcədə darıxdırıcı olardı. Həyat bir andır. Bu anı daha yaxşı etməyə sadəcə siz qadirsiniz. Beləliklə, anbaan həyatınız xəyala doğru gedən yolda daha mənalı olacaq.
Əgər hər şeyi düz etsəniz, bir nöqtədə xəyalların artıq gerçək olduğunu və hər günün özü ilə birlikdə daha böyük sevinc gətirəcəyini anlayacaqsınız. Bəs düzgün yol hansıdır? İki səsi dinləyib bir qərar verin: məntiq və intuisiya. Şübhələr ikisinin bir-birləri ilə razılaşmadığı anda ortaya çıxır, amma ikisi də eyni yolu göstərirsə, bilin ki, bu, sizin ən yaxşı bələdçiniz olacaq.
Xəyal qurun, yaşayın və özünüz olun. Hər şey mümkündür! Bilin ki, gələcəyi yaşadığınız çətinliklər müəyyənləşdirir. İstədiyinizi əldə etməyə nə qədər hazır olduğunuzu yoxlamaq üçün həyat önünüzə həmişə maneələr qoyacaq. Lakin o, sizə lazım olan hər şeyi verməyə hazırdır. Bəs siz onu əldə etməyə hazırsınızmı? Əgər belədirsə, gedin və əldə edin".publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar